ABŞ Dövlət Departamenti iki İsrail nazirinin “Fələstinlilərin Qəzzadan köçməsini” müdafiə edən son açıqlamalarını rədd edib və Qəzzanın Fələstin ərazisi olduğunu vurğulayıb.
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin maliyyə naziri Bezalel Smotrich və ictimai təhlükəsizlik naziri İtamar Ben Gvirin fələstinlilərin Qəzzadan kənara köçürülməsi ilə bağlı “son bəyanatlarını” rədd etdiyini açıqlayıb.
Bəyanatda deyilir: “ABŞ İsrail nazirləri Bezalel Smotrich və Itamar Ben Gvirin fələstinlilərin Qəzzadan kənara köçürülməsini müdafiə edən son açıqlamalarını rədd edir. Bu ritorika təxribat və məsuliyyətsizlikdir. Baş nazir də daxil olmaqla, İsrail hökuməti tərəfindən bizə dəfələrlə və ardıcıl olaraq bildirilmişdir ki, bu cür bəyanatlar İsrail hökumətinin siyasətini əks etdirmir.
Bu cür bəyanatlara dərhal son qoyulmalıdır.
Nuranə Məmmədova