“Birləşmiş Ştatlar Donro Doktrinasına sadiqdir, bunu onun Rusiya, Çin və İrana Venesuelanın neft sektorunda iştirakına qadağa qoyması sübut edir”.
Elchi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
O, Monro Doktrinasının yenilənmiş variantı olan Amerika Monro Doktrinasını xatırladıb və burada deyilir ki, Qərbi Yarımkürədə Birləşmiş Ştatlar hər şeyi özbaşına həll edəcək və orada başqa oyunçuların olmasını istəmir.
“Yeri gəlmişkən, bu doktrina Venesuela ilə baş verənlərdən sonra ABŞ-ın indi Venesuela neft sənayesinin işinə maneələri aradan qaldırması ilə təsdiqlənir. Lakin maliyyə nazirinin bilavasitə qərarı ilə Rusiya, Çin və İrana Venesuelada neft hasilatı və satışı ilə bağlı hər hansı əməliyyatlarda iştirak etmək qadağan edilib.
Rusiya, Çin və İranın Venesuelanın enerji neft sektoruna artıq investisiya qoymasına baxmayaraq, bu, birbaşa ayrı-seçkilikdir”, – Rusiya XİN rəhbəri əlavə edib.
Yeganə





















