ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez Türkiyəyə təyyarələrin deyil, F-16 təyyarələrində rabitə təmin edən dəstlərin satıldığını ifadə edərək, “Türkiyə bu şəkildə mükafatlandırılacaq qədər iş görməyib” dedi.
Son illərdə gərginliyin yüksək olduğu Ankara-Vaşinqton xəttində ötən həftə diqqətəlayiq inkişaf baş verib.
Elchi.az “TRT Haber”ə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamenti Link-16 taktiki məlumat ötürülməsi şəbəkəsinin modernizasiya dəstlərinin, F-16 döyüş təyyarələrinin rabitə sisteminin satışı ilə bağlı qərarını Konqresə çatdırdığını və bu inkişafın Ankarada müsbət qarşılandığını bildirib.
Keçən həftə Konqresin təsdiqi ilə Türkiyəyə edilən bu satış, uzun illərdən sonra ABŞ-ın Ankaraya etdiyi ilk satış olaraq qeyd edildi.
Nuranə Məmmədova