ABŞ-dan BMT-yə çağırış!

ABŞ BMT-ni iranpərəst husilərin Qırmızı dənizdəki hücumlarına qarşı təcili tədbir görməyə çağırıb. Elchi.az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir. ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını (BMT TŞ) Yəməndə Qırmızı dənizdə gəmilərə hücum edən iranpərəst husilərə qarşı təcili tədbir görməyə çağırıb və İrana husilərə dəstək verməklə bağlı seçim etməli olduğu barədə xəbərdarlıq edib . ABŞ-ın BMT-nin İslahat və İdarəetmə üzrə məsul nümayəndəsi səfir Kristofer Lu Şuranın dünənki iclasında iranpərəst husilərin Qırmızı dənizdə gəmilərə hücumları ilə bağlı qiymətləndirmə verib. Lu Husilərin dekabrın 31-də yük gəmisinə minməyə cəhd etdikdən sonra ABŞ qüvvələri ilə toqquşmada 10 üzvünü itirməsinə baxmayaraq, 2023-cü il noyabrın 19-dan bu yana 20-dən çox hücum həyata keçirdiklərini və yanvarın 3-də başqa bir konteyner gəmisini hədəfə aldıqlarını söylədi. Lu Husilərin hücumlarının "dəniz təhlükəsizliyi, beynəlxalq gəmiçilik və ticarət üçün ciddi nəticələri olduğunu" və BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquq və naviqasiya azadlığı ilə bağlı təcili tədbirlər görməsinin həyati əhəmiyyət daşıdığını qeyd edib. Nuranə Məmmədova