ABŞ Dağıstandakı antisemit iğtişaşları pisləyib.
Elchi.az CNN.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bazar ertəsi brifinqdə deyib:
“Biz Rusiya hakimiyyətini bu hərəkətləri açıq şəkildə pisləməyə, onların bütün iştirakçılarını məsuliyyətə cəlb etməyə və Rusiyadakı israillilərin və yəhudilərin təhlükəsizliyini təmin etməyə çağırırıq. Ukraynanın Mahaçqala hava limanına hücumda iştirakı absurddur”.
Xatırladaq ki, bazar günü Təl-Əvivdən təyyarənin gəlməsinə etiraz edən yüzlərlə insan Mahaçqala hava limanına hücum edərək uçuş-enmə zolağını tərk edib.
Yeganə