ABŞ-da yeni iddia: Kennedinin qətlində MKİ əli olubmu?

130

Elchi.az xəbər verir ki,ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı oğlu, 2024-cü ildə keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından namizəd olan kiçik Robert Kennedi əmisinin öldürülməsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rol oynadığını iddia edib.
Kiçik Kennedi qatıldığı bir radio verilişində 1963-cü ildə əmisi Con Kennedinin öldürülməsi ilə bağlı danışarkən, “Qətldə və ört-basdırda MKİ-nin əli olduğuna dair çox güclü dəlillər var” fikrini bölüşüb.
Kiçik Kennedi, əmisinin qətlinin onun ABŞ qoşunlarını Vyetnama göndərməkdən imtina etməsi ilə əlaqəli olduğunu iddia edib.
Atası, ABŞ-ın keçmiş baş prokuroru Robert Kennedinin qətlində MKİ-nin əli ola biləcəyinə eyham vuran kiçik Kennedi əmisininki qədər güclü dəlil olmadığını da bildirib.
Kennedi kiçik Ceyms Duqlasın qətllə bağlı sənədləri özündə əks etdirən “JFK and the Unspeakable” kitabından sitat gətirib.
2024-cü il prezident seçkilərinə namizəd olan kiçik Kennedi də Co Baydenin bəzi siyasətlərindən danışıb.
Baydenin xarici siyasətdə “neo-mühafizəkar ideologiyanın” diktə etməsinə icazə verdiyini deyən kiçik Kennedi administrasiyanın Ukrayna müharibəsi və sərhəd siyasətini də tənqid edib.

Nuranə Məmmədova