ABŞ Dövlət Departamentinin rəsmisi yanvar ayından bəri bütün viza növlərindən ümumilikdə 85.000 vizanın ləğv edildiyini açıqladı. Bu rəqəmin ötən ilki ləğv edilən rəqəmdən iki dəfədən çox olduğu bildirilir. Ləğv edilən vizalar arasında 8000-dən çox tələbə vizası da var.
Elchi.az xəbər verir ki, rəsmilər bildiriblər ki, bu yüksək rəqəm ABŞ Prezidenti Donald Tramp administrasiyasının həm ABŞ daxilində immiqrasiyanı, həm də ölkəyə girişi məhdudlaşdırmaq üçün daha geniş siyasətinin bir hissəsidir.
Dövlət Departamentinin rəsmisi bildirib ki, son bir ildə viza ləğvlərinin təxminən yarısı sərxoş vəziyyətdə avtomobil idarə etmək, hücum və oğurluq kimi cinayətlərə görə olub.
Qalan viza ləğvlərinin ətraflı səbəbləri açıqlanmasa da, viza müddətinin bitməsi və “terrorizmə dəstək” kimi səbəblərin əvvəllər də qeyd edildiyi qeyd edilib.
Şayəstə





















