Amerika polisi, ABŞ vitse-prezidenti Cey D. Vensin Ohayo ştatının Sinsinati şəhərindəki evinin yaxınlığında şübhəli hərəkətlər edən bir şəxsi saxlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Fox News” televiziyası hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.
Polis bildirib ki, yüksək vəzifəli dövlət məmurlarını qorumaqdan məsul olan Gizli Xidmət agenti bazar ertəsi günü, evdən qaçan birini gördükdən sonra polisə xəbər verib. Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.
Məryəm





















