Kapitoliyada Ukraynaya yardıma qarşı keçirilən nümayişdə Amerika polisi 89 yaşlı pasifist Coan Nikolsonu həbs edib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd olunur ki, ümumilikdə 11-dən çox etirazçı saxlanılıb. Etirazçılar Vaşinqtondan münaqişəni silah tədarükü ilə alovlandırmağı dayandırmağı tələb ediblər. Agentliyin məlumatına görə, nümayişçilər əvvəlcə senator Berni Sandersin ofisinin girişinə toplaşıblar.
Qeyd edək ki, bir müddət əvvəl Amerikanın keçmiş dövlət katibi Hillari Klinton ABŞ Konqresinin üzvlərinin əksəriyyətinin Ukraynaya yardım göstərilməsinin tərəfdarı olduğunu bildirib.
Havar Şəfiyeva