ABŞ-da təsirli olan Hilary Tropik Fırtına səbəbiylə Kaliforniya əyalətindəki Con Ueyn hava limanına sərt eniş edən sərnişin təyyarəsi ağır zədə alıb. Sərnişinlər böyük qorxu yaşadılar.
Elchi.az xəbər verir ki, ölkədə təsirli olan Hilary Tropik Fırtına səbəbiylə Alyaska Hava Yollarına məxsus sərnişin təyyarəsi Kaliforniya əyalətindəki Con Ueyn hava limanına sərt eniş edib. Təyyarəyə ciddi ziyan dəysə də, sərnişinlər ekipajlar tərəfindən təxliyə edilib. Qəza nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
Sərnişinlər tərəfindən qeydə alınan görüntülərdə onun mühərriklərindən birinin uçuş-enmə zolağına sürtüldüyü və təyyarə eniş zolağına enərkən qığılcımlar əmələ gəldiyi görünür.
Nuranə Məmmədova