Bu həftə ABŞ-da neft qazma qurğularının sayı 2 ədəd azalıb. Son bir ildə ABŞ-da neft qazma qurğularının sayı 154 ədəd artıb.
Elchi.az xəbər verir ki, neft-mədən xidmətləri şirkəti Baker Hughes tərəfindən açıqlanan həftəlik məlumatlara görə, dekabrın 3-dən dekabrın 9-dək ABŞ-da neft qazma qurğularının sayı 2 ədəd azalaraq 625-ə düşüb.
Son bir ildə ABŞ-da neft qazma qurğularının sayı 154 ədəd artıb.
Cümə axşamı 76,15 dollarla bağlanan Brent markalı neftin barreli cümə günü 76,10 dollarla başa çatıb.
Qərbi Texas (WTI) tipli xam neftin qiyməti cümə günü 71,50 dollar/barel səviyyəsində bağlanıb. WTI tipli xam neft cümə axşamı günü 72,06 dollara başa çatıb.
Şayəstə