"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

ABŞ-da ilk debat: sərvəti söz duelində milyarderə kömək etmir – ŞƏRH

27 Sentyabr 2016 - 20:15
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Təbəssümü ilə ümid, peşəkarlığı ilə etimad qazanan həkim- Qeyrət Nəsirov

Prezident bir qrup energetiki təltif edib – SİYAHI

Mehrdad Əxlaqi Kitabçi İranın yeni müdafiə naziri olub

Debat və münasibətlərdən göründüyü kimi seçkidə Hillari Klintonun qalib gəlmək şansı daha çoxdur

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu il noyabrın 8-də ABŞ-ın yeni prezidentinin adı məlum olacaq. Çünki Ağ evin hazırkı sahibi Barak Obama prezident seçkisində iştirak etmir. Mübarizənin əsasən Demokratlar Partiyasının namizədi Hillari Klintonla respublikaçıların namizədi Donald Tramp arasında gedəcəyi gözlənilir. Bununla belə, ABŞ Əmək Partiyasının namizədi Geri Conson, Yaşıllar Partiyasının namizədi Cil Stein də bu siyasi kampaniyada iştirak edir.

Sentyabrın 27-də ənənəvi olaraq əsas namizədlər Klintonla Tramp arasında ilk televiziya debatı keçirilib. Oktyabrın 4-də isə Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Mayk Penslə demokratların namizədi Tim Keyn arasında teledebat olacaq. Oktyabrın 9-da Klintonla Tramp yenidən televiziyada öz proqramlarını bəyan edəcəklər. Seçkiyə 20 gün qalmış, oktyabrın 19-da bu namizədlər yenidən bir araya gələrək son debatı keçirəcəklər. Bir qayda olaraq sonuncu debat seçkinin nəticəsinə həlledici təsir göstərir.

Bu baxımdan oktyabrın 19-da ABŞ-ın növbəti prezidentinin kim olacağını təxmin etmək mümkün olacaq.Əsas namizədlər arasında ilk debatda ABŞ-ın dövlət maraqlarına uyğun olan bir sıra məsələlərə toxunulub. Debatda namizədlər ABŞ-a qarşı hücumlardan, İran və Şimali Koreyaya qarşı yürüdülən siyasətdən, nüvə silahından, vergi siyasətindən, qadınların işlə təmin edilməsindən, yeni iş yerlərinin açılmasından, şəxsi gəlirlərdən, xarici və daxili siyasəti əhatə edən məsələlərdən danışıblar, bu sahədə görülən işlərə münasibət bildiriblər.

Debatdan sonra CNN-in keçirdiyi sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 62 faizi Hillari Klintona, 26 faizi isə Donald Trampa səs verə biləcəklərini söyləyiblər. Ancaq CNN-dəki auditoriyada debatı izləyənlərin 41 faizi Demokratlar Partiyasının, 26 faizi isə respublikaçıların tərəfdarı olduqlarını, qalan tamaşaçılar bu siyasi təşkilatlardan heç birinə aid olmadıqlarını bildirblər.

“Namizədlərdən hansına səs verəcəksiniz” sualı ilə “ABC News” və “Washington Post”un birgə keçirdiyi rəy sorğusunun nəticələrinə görə, Klinton və Trampın hər biri səslərin 41 faizini, Əmək Partiyasının namizədi Geri Conson 7, Yaşıllar Partiyasının namizədi Cil Stein isə 2 faizini qazanıb. Klinton və Tramp arasında seçim etmək məsələsinə gəldikdə isə respondentlər hər iki namizədə 46 faiz səs verib. Başqa rəy sorğularının nəticəsinə əsasən, keçmiş dövlət katibi Klinton rəqibi milyarder Trampı 2 faiz qabaqlayır.Əsas namizədlərin proqramları da xeyli vaxtdır müzakirə predmetidir.

Klinton bəyan edib ki, seçiləcəyi təqdirdə 5 il ərzində 10 milyon yeni iş yerləri açacaq, infrastrukturun inkişafına 275 milyard dollar sərmayə cəlb edəcək.

Tramp sənayenin inkişafına 500 milyard dollar qoyulacağını vəd edib.

Respublikaçı namizəd vergini azaltmaqla ABŞ sənayesini dirçəldəcəyini söyləyir. O, əsas diqqəti daş kömür sənayesinə yönəldərək bu sahəyə güzəştlərin ayrılmasını vacib sayır.

Klinton isə təminatlı ailələrin vergilərinin artırılmasının vacibliyini bildirir. Qalib gələcəyi halda illik gəliri bir milyon dollar olan ölkə vətəndaşı onun 30 faizini vergi olaraq ödəyəcək. Hazırda bu rəqəm 35 faizdir. O, yeni iş yerlərinin açılması üçün şirkətlərin ödədiyi 35 faiz vergini 15 faizədək endirəcəyini vəd edir.Klinton əmək haqlarının artırılacağına da boyun olur. Hazırda bir saata 7,25 dollar ödənilir. O, bu məbləği 12 dollara qaldıracağını vəd edir.

Keçmiş dövlət katibi miqrasiya sahəsində islahat aparılmasının vacibliyini bildirir. O, mühacirlərin sənədləşmə işlərinin sadələşdirilməsi, ölkənin əmək ehtiyatlarına cəlb edilməsinə boyun olur.

Tramp isə miqrasiya siyasətinin sərtləşdirilməsi mövqeyindən çıxış edir. O, Meksika və müsəlman ölkələrindən mühacir axınının qarşısının alınmasının vacibliyini vurğulayır.

Namizədlər arasında ziddiyyətli məqamlardan biri də səhiyyə sahəsi ilə bağlıdır. Klinton partiyadaşı və hazırkı prezident Barak Obamanın “Obamacare” (ABŞ vətəndaşlarının hamısının tibbi sığorta olunması) siyasətinin uğurlu olduğunu bəyan edir. O, bu işi davam etdirəcəyinə boyun olur.

Tramp isə prezidentliyinin ilk günündə Konqresdən bu proqramın dayandırılmasını tələb edəcəyini vəd edir.Dövlətə 300 milyard dollara başa gələcəyinə baxmayaraq, Klinton uşaqlara baxmağa və ya xəstə ailə üzvünə qulluğa görə ödənişin artırılacağını bildirir.

Trampın bu sahə üzrə mövqeyi məlum deyil.

Klinton illik gəliri 125 min dollardan az olan ailənin dövlətin orta və ali təhsil müəssisələrində pulsuz təhsil almasını təmin etməyə çalışacağını vəd edir.

Tramp isə aztəminatlı ailələrə 20 milyard dollar federal qrantın ayırılacağına boyun olur.

Odlu silah gəzdirmək məsələsində namizədlərin mövqelərində yaxınlıq var.

Namizədlər terrorçuluğu və İŞİD-i ölkəsi üçün əsas təhlükə mənbələrindən sayır və s.

Beləliklə, dünyanın səbirsizliklə gözlədiyi və izlədiyi seçki kampaniyası əsas mərhələyə daxil oldu. Hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, bu seçki ABŞ tarixinə bir çox yeniliklərlə düşəcək. Hillari Klinton prezident seçilərsə, ilk qadın, keçmiş prezidentin həyat yoldaşı və s. kimi məsələlərdə birinci olacaq. Tramp da milyarder kimi irqi ayrı-seçkilik, müsəlmanları hədələməsi, Rusiyaya yaxın olmaq istəyən və s. məsələlərlə ABŞ tarixində ilk dövlət başçısı ola bilər.

Debat və münasibətlərdən göründüyü kimi, seçkidə Klintonun qalib gəlmək şansı daha çoxdur. Çünki o, eks-prezidentin xanımı və keçmiş dövlət katibi kimi, ABŞ-ın problemlərini və vətəndaşlarının istəyini yaxşı bildiyindən debatda daha qətiyyətli görünürdü. Seçkiqabağı təbliğat mərhələsində Tramp müsəlmanlar və mühacirlər haqqında hədyan danışmaqla adının hallanmasına nail olsa da, bunun seçkinin nəticələrinə təsirsiz ötüşməyəcəyini indidən söyləməyə əsas verir. Donald Tramp bir sıra məziyyətləri ilə Dan Braunun “Yalan nöqtəsi” əsərindəki prezidentliyə namizədi də xatırladır. O, ABŞ Milli Kosmik Tədqiqatlar Agentliyindən fərqli olaraq kosmosda iş adamları üçün bazarın açılması tərəfdarı kimi də çıxış edir. Bu baxımdan Trampın bazar adamına daha çox bənzədiyi də nəzərdən yayınmır. Xüsusilə 5 milyard dollarlıq sərvətinin mənşəyi və vergi ilə bağlı açıqlama verməməsi bu xüsusiyyətini təsdiqləyir.Ona görə də ilk debatı belə qiymətləndirmək olar – milyarderlə diplomatın ilk duelində sərvəti hələlik Trampa kömək olmur.

Ancaq bu ABŞ-dır. Demokratlar Partiyasının namizədi, Nobel mükafatı laureatı Albert Qorun 2000-ci ildə keçirilən seçkidə respublikaçı rəqibi, kiçik Corc Buşa məğlub olması hələ də yaddaşlardan silinməyib. Həmin seçkidə Buş 0,01 faiz, yaxud 537 səslə qalib gəldi. Onda seçkinin nəticələrinin şübhəli olduğu barədə rəylər verilmişdi.

Ona görə də Klintonla Trampın mübarizəsində bu sayaq şübhəli məqamlara yer olmayacağına ümid edilir. Axı, ABŞ bütün sahələrdə dünyaya örnək göstərilir.

share-block__img

Sədrəddin İsmayılov

Previous Post

ABŞ-da ilk debat: sərvəti söz duelində milyarderə kömək etmir – ŞƏRH

Next Post

Rövnəq Abdullayev Tsiprasla görüşdü – İşçi qrup yaradıldı

Bənzər yazılar

Təbəssümü ilə ümid, peşəkarlığı ilə etimad qazanan həkim- Qeyrət Nəsirov

Təbəssümü ilə ümid, peşəkarlığı ilə etimad qazanan həkim- Qeyrət Nəsirov

19 Oktyabr 2026 - 16:06

Bəşər tarixinin bütün dövrlərində insan sağlamlığı cəmiyyətin ən böyük sərvətlərindən biri hesab olunub. Çünki sağlam insan sağlam ailənin, sağlam ailə...

Prezident bir qrup energetiki təltif edib – SİYAHI

Prezident bir qrup energetiki təltif edib – SİYAHI

19 Oktyabr 2026 - 14:18

Prezident İlham Əliyev Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən energetika sahəsinin inkişafında səmərəli...

Mehrdad Əxlaqi Kitabçi İranın yeni müdafiə naziri olub

Mehrdad Əxlaqi Kitabçi İranın yeni müdafiə naziri olub

18 Oktyabr 2026 - 13:21

İran parlamenti Mehrdad Əxlaqi Kitabçini müdafiə naziri vəzifəsinə seçib. Elchi.az  xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Qeyd olunub...

BFMTV: Parisdə etirazlar zamanı 855 nəfər həbs edilib

BFMTV: Parisdə etirazlar zamanı 855 nəfər həbs edilib

18 Oktyabr 2026 - 13:19

Fransanın paytaxtı Parisdə iğtişaşlar zamanı azı 855 nəfər saxlanılıb. Elchi.az  xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Məlumata görə,...

Next Post

Rövnəq Abdullayev Tsiprasla görüşdü - İşçi qrup yaradıldı

Rövnəq Abdullayev Tsiprasla görüşdü - İşçi qrup yaradıldı

Son xəbərlər

“Mançester Siti”nin futbolçusu iki ay yaşıl meydanlardan uzaq qala bilər

“Mançester Siti”nin futbolçusu iki ay yaşıl meydanlardan uzaq qala bilər

19 Oktyabr 2026 - 16:27
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb

19 Oktyabr 2026 - 16:15
Təbəssümü ilə ümid, peşəkarlığı ilə etimad qazanan həkim- Qeyrət Nəsirov

Təbəssümü ilə ümid, peşəkarlığı ilə etimad qazanan həkim- Qeyrət Nəsirov

19 Oktyabr 2026 - 16:06
Almaniya səfiri Sumqayıta səfər edib

Almaniya səfiri Sumqayıta səfər edib

19 Oktyabr 2026 - 16:06
BMT Qəzza sakinlərinə ərzaq yardımını KƏSƏCƏK

BMT Qəzza sakinlərinə ərzaq yardımını KƏSƏCƏK

19 Oktyabr 2026 - 16:00
Azad edilmiş ərazilərdə daha 256 mina, 631 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 256 mina, 631 PHS aşkarlanıb

19 Oktyabr 2026 - 15:53
Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

19 Oktyabr 2026 - 15:44
NATO Rusiya ilə münaqişə vəziyyətində danışıqlar aparacaq

NATO Rusiya ilə münaqişə vəziyyətində danışıqlar aparacaq

19 Oktyabr 2026 - 15:30
Bu il Azərbaycan ipək ixracından 400 min dollardan çox gəlir edib

Bu il Azərbaycan ipək ixracından 400 min dollardan çox gəlir edib

19 Oktyabr 2026 - 15:16
Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı

19 Oktyabr 2026 - 15:12
“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

19 Oktyabr 2026 - 15:08
İrandan ABŞ-a XƏBƏRDARLIQ

İrandan ABŞ-a XƏBƏRDARLIQ

19 Oktyabr 2026 - 15:00
Azərbaycan buğda idxalına çəkdiyi xərci 19 %-ə yaxın artırıb

Azərbaycan buğda idxalına çəkdiyi xərci 19 %-ə yaxın artırıb

19 Oktyabr 2026 - 14:52
ADY qatarlarına daş atılması halları 38% azalıb

ADY qatarlarına daş atılması halları 38% azalıb

19 Oktyabr 2026 - 14:43
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

19 Oktyabr 2026 - 14:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.