ABŞ-da Floydun qətlinin üçüncü ildönümüdür

89

ABŞ-da qaradərili Corc Floydun ölümünün 3-cü ildönümüdür. Onun polis tərəfindən saxlanılarkən ölümü ilə bağlı ABŞ-da və dünyada nümayişlər keçirilərkən, Floydun ölümünə səbəb olan polis məmuru ikinci dərəcəli qətldə təqsirli bilinib.
Elchi.az xəbər verir ki, 2020-ci ilin yayını ABŞ-da və dünyada koronavirus epidemiyası ilə yanaşı etiraz aksiyaları ilə gündəm olub.
ABŞ-ın Minnesota ştatında bir mağazadan fırıldaqçılıq və saxta pul xəbərinin gəlməsi ilə polis tədbir görüb.
Polis qaradərili yeniyetmə Floydu fırıldaqçılıq ittihamı ilə saxlamağa çalışıb. Lakin Floyd müqavimət göstərəndə polis qaradərili gənci yerə yıxıb.
Polis onu saxlayarkən o, dizini qaradərili yeniyetmənin boğazına 8 dəqiqə basıb. Bu zaman Floydun “Nəfəs ala bilmirəm” dediyi eşidilib.
Floydun qətlində əli olan bütün polislər həbs edilib
Polis cinayətkarı saxlayarkən həddindən artıq zorakılıq tətbiq etməkdə ittiham olunub. ABŞ-da başlayan etirazlar bütün dünyaya yayılıb.
Ölkə daxilində hiddətə səbəb olan hadisədən sonra məhkəmə prosesi başladılıb.
Corc Floydu saxlamağa çalışarkən onu öldürən 4 polis vəzifəsindən azad edilib.
Floydun boynunu dizi ilə sıxan keçmiş polis Derek Şovin 22,5 il müddətinə azadlıqdan məhrum edilib.

Şayəstə Hüseynova