ABŞ-da defolt riski artır

94

ABŞ-da defolt ehtimalı ilə bağlı narahatlıqlar artır. Bütün həftəsonu, ABŞ administrasiyasının nümayəndələri, həmçinin Konqresdə Demokratlar və Respublikaçılar arasında milli borc limitinin artırılması ilə bağlı texniki danışıqlar aparılıb.

Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.

Respublikaçılar yalnız dövlət xərclərinin azaldılması müqabilində borclanma limitinin artırılmasına razılıq verməyə hazırdırlar. Demokratlar da öz növbəsində heç bir şərt olmadan dövlət borcunun tavanının artırılmasında israrlıdırlar. Bu qarşıdurma bir neçə aydır ki, davam edir. ABŞ-ın maliyyə naziri Janet Yellenin sözlərinə görə, əgər məsələ yaxın vaxtlarda həll olunmasa, iyunun 1-də Ştatlar defolta düşə bilər. Sadəcə olaraq hökumətin cari öhdəlikləri yerinə yetirmək üçün pulu olmayacaq.

Hazırkı dövlət borcunun həddi 31 trilyon 400 milyard dollar səviyyəsində müəyyən edilib, o, yanvarda artıq keçib. Bu, Maliyyə Nazirliyini təcili olaraq dövlət xərclərini azaltmağa məcbur etdi. Belə ki, ötən həftə onlar bir həftə əvvəlki 110 milyarda qarşı 88 milyard dollar təşkil edib.

ABŞ-ın maliyyə naziri hər fürsətdə qorxur ki, limit qaldırılmasa, Amerika nəinki dünyada imtiyazlı mövqeyini itirəcək, sadəcə olaraq, milli təhlükəsizliyi təmin edə bilməyəcək.

Eyni zamanda, Maliyyə Nazirliyinin rəhbəri etiraf edir ki, indi dövlət borcunun yuxarı həddini qaldırmaq əvvəlkindən qat-qat çətindir.

Yeganə