ABŞ-da məhkəmə 1990-cı ildə iki yeniyetmənin yaralandığı hücuma görə adam öldürməyə cəhd ittihamı ilə 33 il həbs cəzası alan Daniel Saldananın günahkar olmadığına qərar verib.
Elchi.az xəbər verir ki, ABŞ-ın Los-Anceles Məhkəməsində dünən keçirilən iclasda hücumla bağlı tapıntıların yenidən araşdırıldığı bildirilib.
Məhkəmənin sonunda Saldananın günahsız olduğu qərara alınıb.
Saldana hökmdən sonra prokuror Corc Qaskonla birgə mətbuat konfransında danışıb.
Qərardan xoşbəxt olduğunu dilə gətirən Saldana, “Hər gün günahsız olduğunu bilə-bilə oyanmaq, kamerada qapalı vəziyyətdə kömək çağırmaq çox çətin idi”,-deyib.
Nuranə Məmmədova