ABŞ-də tornado nəticəsində 4 nəfər ölüb

🗓 29.04.2024 10:11 ✍️ "Elçi" qəzeti
ABŞ-də tornado nəticəsində 4 nəfər ölüb
ABŞ-nin Oklahoma ştatını güclü leysan yağışları ilə müşayiət edən şiddətli fırtına bir sıra tornadoların yaranmasına səbəb olub. Nəticədə biri uşaq olmaqla azı 4 nəfər ölüb. Elchi.az CNN-ə istinadən xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar Departamenti məlumat yayıb. Ştatın qubernatoru Kevin Stitt ərazidə fövqəladə vəziyyət elan edib. O, bildirib ki, şəhərin mərkəzində bütün biznes obyektləri dağılıb: “Bu, şübhəsiz ki, qubernator olduqdan sonra gördüyüm ən böyük zərərdir”. Havar Şəfiyeva

Bənzər yazılar