ABŞ-də bu şəxs barəsində edam qərarı çıxarıla bilər

🗓 23.05.2025 13:46 ✍️ "Elçi" qəzeti
ABŞ-də bu şəxs barəsində edam qərarı çıxarıla bilər
Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətlində şübhəli bilinən şəxs ölümə məhkum oluna bilər. Elchi.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı Federal Təhqiqat Bürosunun (FTB) sənədlərinə istinadən məlumat yayıb. Qeyd olunub ki, şübhəli Elias Rodriqesə xarici rəsmi şəxslərin qətlində ittiham irəli sürülüb ki, bu da ölüm cəzası ilə cəzalandırılır. O da vurğulanıb ki, öldürülənlərdən biri Yaron Lişçinski İsrail vətəndaşı idi. İkinci qurban Sara Milqrim də səfirlikdə işləyirdi. Bildirək  ki, ötən gün Vaşinqtonda Yəhudi Muzeyinin qarşısında baş verən atışma nəticəsində İsrail səfirliyinin iki əməkdaşı həlak olub. Onlar muzeydə keçirilən tədbiri tərk edərkən şübhəli şəxs atəş açıb. Atəş açan şəxs saxlanılıb. Həbs zamanı saxlanılan şəxs "Fələstinə azadlıq!" şüarını qışqırıb.

Bənzər yazılar