Çinin nüvə arsenalı ilə bağlı məlumatları ictimailəşdirməkdən çəkinməsi Vaşinqtonu narahat edir.
Elchi.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin silahlara nəzarət üzrə müavini Bonni Cenkins deyib.
Amerikalı diplomatın sözlərinə görə, Çin hərbi və nüvə potensialını gücləndirir. O, qeyd edib ki, Çin nüvə arsenallarının vəziyyəti ilə bağlı prosesə açıqlıq nümayiş etdirilmir.
ABŞ Dövlət Departamenti həmçinin Rusiyanı Hücum Silahlarının Azaldılması Müqaviləsi (START) üzrə danışıqları bərpa etməyə çağırıb. Cenkins START-ın taleyini Ukrayna hadisələri ilə əlaqələndirməməyi tövsiyə edib.
Yeganə