ABŞ Çin yaxınlığında liman tikmək istəyir

147

ABŞ Tayvanı qorumaq üçün Filippinin ən şimal və ən kiçik əyaləti olan Batanesdə mülki liman tikmək istəyir.
Elchi.az Lenta.ru istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Batanes əyaləti adadan 200 kilometr aralıda yerləşir və onun üzərində hərbi infrastrukturun qurulması ABŞ-ın bölgədəki mövqeyini gücləndirəcək. Agentliyin məlumatına görə, Vaşinqton da bu addımı ilə Filippinlə hərbi əməkdaşlığı gücləndirmək istəyir, lakin Çinin mənfi reaksiyası ilə üzləşə bilər.
“Filippin son bir il ərzində ABŞ qoşunlarının əldə edə biləcəyi hərbi bazalarının sayını təxminən iki dəfə artırıb. Çin bildirib ki, ABŞ-ın bu hərəkətləri regional gərginliyin “odunu qızışdırır”.

Nuranə Məmmədova