ABŞ səlahiyyətliləri Panama bayrağı altında Venesuelaya gedən Bella 1 tankerini ələ keçirmək üçün order alıb, çünki gəmi əvvəllər İran neftinin daşınmasında iştirak etmiş ola bilər.
Elchi.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, ABŞ Sahil Mühafizəsi tankerin qarşısını almağa cəhd edib, lakin o, buna əməl etməyib və marşrutu üzrə davam edib, bu səbəbdən də “aktiv təqib” başlayıb.
Dekabrın 10-da ABŞ prezidenti Donald Tramp Venesuela neftini daşıyan sanksiyaya məruz qalmış neft tankerinin ələ keçirildiyini açıqlayıb və ABŞ-ın nefti saxlamağı planlaşdırdığını bildirib.
Dekabrın 20-də ABŞ Panama bayrağı altında üzən və Çin neft emalı zavodlarını yanacaqla təmin edən çinli neft treyderi üçün yük daşıyan “Centuries” tankerinin tutulduğunu təsdiqləyib. Gəmi ABŞ-ın sanksiyalarına məruz qalmayıb. Dekabrın 21-də Bloomberg Panama bayrağı altında Venesuelaya gedən Bella 1 tankerinin saxlanılması əməliyyatı haqqında məlumat yayıb.
Yeganə





















