Rusiya tərəfi ilə söhbət Moskva ilə birbaşa münaqişənin qarşısını almaq üçün planlaşdırılıb.
Elchi.az xəbər verir ki, ABŞ hakimiyyəti prezident Co Baydenin Kiyevə səfərindən bir müddət əvvəl Moskva və Vaşinqton arasında qarşıdurma riskini aradan qaldırmaq üçün Rusiya ilə əlaqə saxlayıb, Ağ Ev bildirib.
“Associated Press”in məlumatına görə, “iki nüvə dövləti arasında birbaşa münaqişəyə gətirib çıxara biləcək hər hansı yanlış hesablamalardan qaçmaq” üçün ABŞ-a Rusiya tərəfi ilə söhbət lazım idi. Ağ Evdəki danışıqların təfərrüatları dəqiqləşdirilməyib.
Şayəstə