ABŞ Ermənistan rəhbərliyinə təzyiq göstərir ki, Azərbaycanla müqavilə mümkün qədər tez imzalansın.
Elchi.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Məlumata görə, Amerika tərəflərdən mayın sonuna qədər sənədin ilkin variantını təsdiq etmələrini istəyir:
“Sənədin layihə variantını bu yaxınlarda ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olson İrəvana (sonra isə Bakıya) səfəri zamanı özü ilə gətirib. Sənədin təfərrüatı məlum deyil, lakin sənəd Ermənistanın və Qarabağın maraqlarına cavab vermir. Azərbaycanın xarici işlər naziri Bakının növbəti təkliflər paketini göndərib, amma bir neçə həftədir ki, Ermənistan buna cavab vermir”.
Qeyd olunur ki, təkliflər o qədər xoşagəlməzdir ki, Ermənistan hakimiyyəti buna razılıq vermir.
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb
Sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak...




















Son şərhlər