ABŞ hökuməti xarici ölkələrə hərbi yardım proqramı çərçivəsində müdafiə ehtiyacları üçün Argentinaya 40 milyon dollar ayıracaq.
Elchi.az-ın RİA.ru-ya istinadən məlumatına görə, bu barədə ABŞ-ın Argentinadakı səfirliyinin məlumatında deyilir.
“Birləşmiş Ştatlar müdafiənin modernləşdirilməsini dəstəkləmək üçün Xarici Hərbi Yardım Proqramı çərçivəsində Argentinaya 40 milyon dollar ayırdığını elan etməkdən qürur duyur. Argentina 2003-cü ildən bəri ilk dəfədir ki, ABŞ-ın hərbi yardım proqramından vəsait alır”, – deyə ABŞ diplomatik missiyasının bəyanatında qeyd olunub.
Səfirlik əlavə edib ki, Argentinaya yardımın göstərilməsi ayrılan vəsaiti ABŞ-da müdafiə məhsulları, təlim və xidmətlər üçün, habelə ABŞ silahlı qüvvələri ilə əməkdaşlığın yaxşılaşdırılması üçün xərcləməyə imkan verir.
“Yardım Argentinanın hərbi modernləşdirmə səylərinə töhfə verəcək və ölkənin F-16 qırıcı təyyarələri almasına dəstək verəcək”, – deyə məlumatda bildirilir.
Səfirliyin məlumatına görə, ABŞ hökuməti F-16 proqramının himayəsi altında respublikanın təhlükəsizliyini və ölkələr arasında müdafiə tərəfdaşlığını daha da gücləndirmək üçün argentinalı tərəfdaşlarla sıx əməkdaşlıq edir.
ABŞ səfirliyinin açıqlaması Argentina hakimiyyətinin aprelin 18-də qlobal tərəfdaş kimi NATO ilə əməkdaşlıq ərizəsi təqdim etməsindən sonra edilib.
Yeganə