ABŞ-a portağal böyüklüyündə dolu yağıb

94

ABŞ-ın Florida və Texas ştatlarına portağal böyüklüyündə dolu yağıb.

Elchi.az xarici mediaya istinadən xəbər verir ki, Florida ştatındakı “Palm Bay” və “Bellmead”, “Texas”, “Waco”, “Rusk County”, “Valley Mills”, “Eastland County” ərazilərinə düşən dolu həyatı “dayandırıb”.

Dünən başlayan və səhər saatlarına qədər davam edən yağışlar nəticəsində 100-dən çox avtomobil və bir çox binaya ziyan dəyib.

Qeyd edək ki, ABŞ-ın cənub-şərqində son bir neçə ayda şiddətli fırtınalar baş verib və mart ayında təsirli olan və bütün bölgəyə təsir edən fırtına nəticəsində 9 nəfər ölüb.

Yeganə