Suriyada ABŞ-ın Koniko bazasına raket hücumu nəticəsində amerikalı əsgərlər həlak olub. Elchi.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbəyə istinadən məlumat yayıb.
Neçə nəfərin öldüyü dəqiqləşdirilməyib. Qeyd olunur ki, Koniko bazası eyniadlı neft yatağının yaxınlığında yerləşir və oraya 15 raket buraxılıb.
ABŞ-ın Suriya və İraqdakı bazalarına artan hücumlara cavab olaraq ABŞ ordusu Suriyadakı iki hədəfə zərbələr endirib. Pentaqon izah edib ki, Birləşmiş Ştatlar hər kəsə öz vətəndaşlarını və milli maraqlarını qoruyacağını göstərir.
Xatırladaq ki, Amerikalılar Suriyadakı hədəflərə əvvəlki hücumu noyabrın 9-da həyata keçiriblər.
Amerika tərəfinin fikrincə, onların bazalarına edilən hücumların arxasında İran dayanır.
Havar Şəfiyeva