İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Yaponiyaya rəsmi səfərə gedib. Səfər çərçivəsində regional və beynəlxalq məsələlər üzrə danışıqlar aparılacaq.
Elchi.az bu barədə Tasnimnews.com-a istinadən xəbər verir.
Abdullahiyan bazar ertəsi səhər tezdən Tokioya gəlib. O, Yaponiyanın baş naziri Fumio Kişida, xarici işlər naziri Yoşimasa Hayaşi və səhiyyə naziri Katsunobu Kato ilə görüşlər keçirəcək, səfər zamanı Tehran və Tokio arasında münasibətlər, regional və beynəlxalq məsələləri müzakirə edəcək.
Tokioda mətbuat konfransında çıxış edən Abdullahiyan qeyd edib ki, Asiya İran prezidenti İbrahim Rəisi administrasiyasının əsas xarici siyasət istiqamətlərindən biridir.
Yeganə