“İran Suriya ilə Türkiyə arasında aparılan danışıqları alqışlayır”.
Elchi.az İranın “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.
Abdullahiyan Beyrutda livanlı həmkarı Abdullah Bu Həbiblə birgə mətbuat konfransında qeyd edib:
“Suriya ilə Türkiyə arasındakı dialoqdan razıyıq və iki ölkə arasındakı problemlərin həlli üçün istənilən dialoq və danışıqları alqışlayırıq”.
Onun sözlərinə görə, mövcud problemlərin həlli üçün Astananın formatı gücləndirilməlidir.
Yeganə