Abdullahiyan: “Avropada emosiyalar ağıldan daha önəmli olub”

38

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropada emosiyaların ağıldan daha vacib olduğunu bildirib.

Elchi.az İranın İRNA agentliyinə istinadən xəbər verir ki, o, bu bəyanatı Avropa İttifaqının rəhbərliyinə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etməyə çağıran qətnaməni təsdiqlədikdən sonra deyib

“Biz ümid edirik ki, Avropa İttifaqı Nazirlər Şurasında realizm qalib gələcək”.

Abdullahiyanın sözlərinə görə, Avropa diplomatiyasının rəhbəri Cozep Borrell və Avropa Parlamentinin deputatları emosionallıq göstərirlər.

“Mən İsveçin xarici işlər naziri və cənab Borrell ilə danışıqlar apardım və o, əmin etdi ki, belə bir məsələ Xarici İşlər Nazirləri Şurasının gündəliyində olmayacaq”, – deyə Abdullahiyan vurğulayıb.

Lakin o qeyd edib ki, bu bəyanatlara tam etibar etmək olmaz.

Yeganə