Oktyabrın 2-də Rusiyada Metro İnşaatçıları Günü qeyd olunacaq.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Tikinti və Kommunal Təsərrüfat Nazirliyinin hazırladığı sənəddə bildirilir ki, Rusiyada oktyabrın 2-də qeyd olunacaq yeni bayram təsis edilib.
Məhz 1931-ci il oktyabrın 2-də “Metrostroy” haqqında əsasnamə təsdiq edilmişdi. Bu tarix Rusiyada metro tikintisinin rəsmi başlanğıcı hesab olunur.
Xatırladaq ki, 2023-cü ildə Moskvada 14 yeni metro stansiyası açılacaq.
Yeganə