Abdulla Gül yeni baş nazirin kimliyini açıqladı
Səlahiyyət dövrü başa çatmaqda olan Türkiyə prezidenti Abdulla Gül yeni baş nazirin kim olacağı
barədə açıqlama verib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, böyük ehtimalla yeni baş nazirin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu olacağını deyib.
Avqustun 28-i səlahiyyət müddəti başa çatan Gül gələcək işləri barədə də danışıb:
“Özüm qurduğum partiyanın müvəffəqiyyətli olması üçün, şübhəsiz ki, dəstəkləməyə çalışacağam”.