"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

Abbas Abbasov bu dəfə kimi yarıyolda qoydu?..

18 Noyabr 2014 - 10:57
in Kateqoriyasız
FacebookVatsap

Yəhudi biznesmen haqda yeni şok məlumatlar ; Milyarderin şirkətini borc “əridir”; Azərbaycanın sabiq vitse-img1682156primyeri rəhbərlərindən biri olduğu şirkətə daha getmir və tədbirlərdə Telman İsmayılovla birgə görünmək istəmir; Beynəlxalq Bank qalmaqallı iş adamının borclu olduğunu təsdiqlədi…

Bunu da oxuyun

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

İşlədikləri şirkəti soyanlar saxlanıldı

Xəbər verdiyimiz kimi,  Rusiyada dərc olunan “Kommersant” qəzeti yəhudi əsilli iş adamı Telman İsmayılovun (“AST Telman”) Moskvada ümumi dəyəri 140 milyon dollar olan yarımçıq qalmış mehmanxanasının aktivlərinin Azərbaycan Beynəlxalq Bankının nəzarətinə keçməsi barədə yazı dərc edib. Məlumatdan belə aydın olur ki, T.İsmayılov nə vaxtsa Beynəlxalq Bankdan da iri məbləğdə kredit götürübmüş və indi o, krediti qaytara bilmədiyi üçün bank yəhudi biznesmenin daşınmaz əmlakının bir hissəsini öz mülkiyyətinə keçirib.
“Kommersant” qəzetinin bu barədə xəbərinə Beynəlxalq Bank rəsmi münasibət bildirməyib. Bankın Moskva bürosundan axar.az saytına isə deyiblər ki, T. İsmayilov həqiqətən də onlara borcludur: “Amma ”Kommersant” qəzetində göstərilən obyektlərin heç biri nə birbaşa, nə də ki, dolayısı yolla bizim bankın fəaliyyətinə aiddir. Materialda yazılanlardan yalnız bir məsələnin bizə aidiyyəti var: Azərbaycan Beynəlxalq Bankında həqiqətən AST QOF-un hesabı var və hazırda bu şirkət bizim kredit borclumuzdur”. Yəni biznesmenin külli-miqdarda borclu olduğu xəbəri təsdiqlənir.
Maraqlıdır ki, bu borc xəbəri yayıldıqdan sonra bəzi Azərbaycan saytları T.İsmayılovun dünya şöhrətli müğənni Şakira ilə ad günündə “Azərbaycan” mahnısının sədaları altında rəqsi etməsi əks olunan videonu yayıb. Amma qısa bir araşdırma ilə aydın olur ki, bu video düz 6 il əvvəl T.İsmayılovun xoşbəxt günlərində-ad günündə lentə alınıb.
2009-cu ildə “Çerkizovsk” bazarının Putinin göstərişi ilə bağlanmasından sonra T.İsmayılov Rusiyanı tərk edib və faktiki olaraq Moskvadakı biznes fəaliyyətini dayandırıb.
Son məlumatlara görə, T.İsmayılov bir müddətdir ki, qeyri-rəsmi olaraq “AST” şirkətlər qrupunun rəhbərliyini də tərk edib. O, “AST” dəki biznes aktivlərinin 37 faizini oğulları Ələkbər və Sərxanın, holdinqin 25 faizini isə qohumu Zaur Mərdanovun adına rəsmiləşdirib. Biznesmenin çöküşünə qədər holdinqə 30-dən çox  kompaniya daxil idi. Onların sırasında mehmanxana (“AST-qof”), tikinti (“AST-mapstroy”), sərnişin daşımaçılığı (“AST-taksi”), zərgərlik(“AST-qold”) və restoran biznesi də vardı. Kompaniya təkcə Moskvada 1,5 milyon kvadratmetr daşınmaz əmlaka sahib idi.
Rusiya mənbələri yazır ki, “AST” qrupuna indi hansı kompaniyaların daxil olduğunu demək çətindir. T.İsmayılovun “AST-müzykıl”, “Praqa-AST”, “AST-meç”, o cümlədən Moskvada nəşriyyat evi kimi kompaniyaları itirdiyi dəqiqdir. Bu kompaniyaların niyə “əridiyi” barədə dəqiq bilgi verilmir, amma böyük ehtimalla T.İsmayılov borcları səbəbindən bu şirkətləri ya satıb, ya da borcu əvəzində aktivlərində imtina etməyə məcbur olub. Məsələn, onun 3500 hektar sahəsi olan  “Kalinski” kolxozunun ərazisini aldığı, amma burada evlər tikmək niyyətinin baş tutmadığı və sonda ərazini naməlum bir şirkətə satdığı deyilir. Onun “AST” rəhbərliyini məhz borcları səbəbindən tərk etdiyi və bununla da oğlanlarını sığorta etmək istədiyi iddia olunur.
Bu qalmaqalda hələ ki ortada görünməyən daha bir tanınmış sima var. Söhbət “AST” şirkətinin vitse-prezidenti, Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovdan gedir. Bir müddət əvvələ kimi “AST” şirkətindən baş verən hər hansı qalmaqallı məsələlərlə bağlı dərhal təkzib verən vitse-prezident  çoxdandır ki, müəmmalı şəkildə susur.
2005-ci ildə Bakıdan ayrılan A.Abbasov əvvəldən də ciddi əlaqələri olduğu Moskvaya pənah apardı. Kreml hakimiyyəti ilə münasibətlərindən xəbərdar olan köhnə dostu T.İsmayılov Abbas Abbasova “AST” şirkətində vitse-prezident postu verdi. Amma bu təyinatdan sonra T.İsmayılova daha geniş imkanlar yaradılmadı, əksinə, ona qarşı Rusiya hakimiyyətindən təzyiqlər başladı. Onun “Çerkizovsk” bazarı bağlandı, biznesinə əngəllər yaradıldı və nəhayət, sıxışdırılıb Rusiyanın biznes-elitasından çıxarıldı.
Bu dəfə də A.Abbasovun ciddi dəstəyi ilə o, Türkiyəyə yerləşdi, bu ölkənin vətəndaşlığını aldı və “Mardan Palace” ni tikdi. Qeyd edək ki, biznesmenin “Mardan Palace” otelinə görə də “Halk Bank”dan 62,5 milyon dollar kredit alaraq geri qaytarmaması ilə bağlı xəbərlər var.
A.Abbasov “AST” də vəzifə aldıqdan sonra  T.İsmayılovun Azərbaycan hakimiyyəti ilə də münasibətləri pozuldu. 2013-cü il seçkisi ərəfəsi T.İsmayılov A.Abbasovun yaratdığı “Milyarderlər İttifaqı”na daxil olduqdan sonra, ümumiyyətlə Bakıya gəlməsi qadağan olundu. Müsahibələrində “Azərbaycan prezidentinə qarşı olan təşkilatda yer ala bilmərəm” desə də, yəhudi biznesmenə tətbiq edilən qadağa indi də qalır… Məlumatlara görə, Azərbaycan hakimiyyətinin əlində prezident seçkisi ərəfəsi “Milyarderlər İttifaqı” üzvlərinin Türkiyəyə səfərləri və onların “Mardan Palace” də keçirdikləri məxfi görüşlər barədə sensasion xarakterli (qəzetlərə çıxarılsa) məlumatlar var.
Moskvadakı bir mənbəmiz  deyib ki, A.Abbasov bir müddətdir ki, “ictimai əsaslarla işlədiyi” “AST” şirkətindən ayrılıb, ofisə getmir və Rusiya elitasının tədbirlərdə də dostu ilə birgə görünmür.
Qaynağımız deyir ki, A.Abbasovun Azərbaycanda vəzifədən “könüllü” çıxmasından sonra ilkin dövr üçün vitse-prezidentlik kimi posta ehtiyacı olub. T.İsmayılov da bu lütfü ona göstərib. Amma T.İsmayılovun ciddi biznes problemləri başlayanda A.Abbasov yaxasını kənara çəkib, yalnız sözdə dostunu dəstəkləyib.

 

Previous Post

Abbas Abbasov bu dəfə kimi yarıyolda qoydu?..

Next Post

Ərəblər Qüdsdə 5 israillini baltaladılar – Son dəqiqə

Bənzər yazılar

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

22 Avqust 2026 - 15:57

Avqustun 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə...

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

22 Avqust 2026 - 15:01

“Çelsi”nin hücumçusu Joao Pedro klubla yeni müqavilə imzalayıb. Elchi.az xəbər verir ki, London təmsilçisi 24 yaşlı futbolçu ilə sözləşməni 2034-cü ilin...

İşlədikləri şirkəti soyanlar saxlanıldı

İşlədikləri şirkəti soyanlar saxlanıldı

22 Avqust 2026 - 14:38

Bakıda işlədikləri şirkətdən elektrik avadanlıqları oğurlayan iki nəfər saxlanılıb. Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə Binəqədi rayonu...

Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

22 Avqust 2026 - 14:13

Dünən saat 18:44 radələrində 1954-cü il təvəllüdlü şəxs (Şükufə Yusupova - red.) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım...

Next Post

Ərəblər Qüdsdə 5 israillini baltaladılar - Son dəqiqə

Ərəblər Qüdsdə 5 israillini baltaladılar - Son dəqiqə

Son xəbərlər

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

22 Avqust 2026 - 15:57
“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

22 Avqust 2026 - 15:01
İşlədikləri şirkəti soyanlar saxlanıldı

İşlədikləri şirkəti soyanlar saxlanıldı

22 Avqust 2026 - 14:38
Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

22 Avqust 2026 - 14:13
Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

22 Avqust 2026 - 13:21
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

22 Avqust 2026 - 13:00
ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

22 Avqust 2026 - 12:42
Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

22 Avqust 2026 - 12:17
Kiyevdə dəmir yolu vuruldu: ölən var

Kiyevdə dəmir yolu vuruldu: ölən var

22 Avqust 2026 - 11:52
Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

22 Avqust 2026 - 11:35
Əməkdar jurnalist Nurani vəfat etdi

Əməkdar jurnalist Nurani vəfat etdi

22 Avqust 2026 - 11:18
FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

22 Avqust 2026 - 11:09
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

22 Avqust 2026 - 10:50
ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

22 Avqust 2026 - 10:34
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

22 Avqust 2026 - 10:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.