"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Abbas Abbasov “Azərros”dan kənarlaşdırıldı – FOTOSESSİYA

17 Yanvar 2015 - 19:21
in MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap

Moskvada “Azərros” Federal Milli Mədəni Muxtariyyətinin növbədənkənar qurultayı keçirilibimg1725382

Bunu da oxuyun

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, sayca VI olan qurultayda Rusiyanın 34 regionundan olan 80 nümayəndə, 42 nəfər isə digər ictimai təşkilatın nümayəndəsi kimi iştirak edib. Qurultayda Ümumrusiya Azərbaycan Konqresinin regional bölmə rəhbərləri iştirak ediblər.
Qurultayı giriş sözü ilə açan “Azərros”un fəxri prezidenti Söyün Sadıqov qurumda son iki ildə böyük münaqişələrin baş verdiyini bildirib: “Bu intriqalar təşkilatın fəaliyyətini iflic edib. Bütün bunlara dərhal son verilməlidir. “Azərros” nə vaxt güclü təşkilat olsa, o zaman Ümumrusiya Azərbaycan Konqresi, Rusiya Azərbaycanlı Gənclər Birliyi bizim təşkilata hörmətlə yanaşar. Bizi təkcə Rusiya hökuməti deyil, Azərbaycan hökuməti də dəstəkləməlidir. “Azərros” heç kəsin cibinə xidmət etməməlidir. Bu təşkilat Rusiyada yaşayan həmvətənlərimizə xidmət etməlidir. Son iki ildə təşkilatı pis günə qoyublar. Sonuncu qurultayda prezident seçilən Asif Məhərrəmov təşkilat üçün heç bir iş görmədi. Mən indiki qurultayın iştirakçılarından keçən qurultayda baş verənlərə görə üzr istəyirəm. Asif Məhərrəmovun namizədliyini dəstəkləyəndə onu bacarıqlı biri bilirdim. Neçə il polis orqanlarında çalışıb. Lakin o, ümidləri doğrultmadı. “Azərros”da vəzifə tutmaq gələcəkdə hansısa ölkədə nazir və ya digər vəzifə sahibi olmaq demək deyil. Amma Asif Məhərrəmov və digərləri bunu başqa cür başa düşürdülər”.
Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov isə qurultay iştirakçılarını təbrik edərək, onlara uğurlar arzulayıb. Rusiya-Azərbaycan münasibətlərindən danışan səfir müavini hər iki ölkənin strateji tərəfdaş, xalqlarının isə tarixən dost olduğunu söyləyib: “Rusiyada yaşayan azərbaycanlılar bu cəmiyyətin bir parçasıdır. Rusiya azərbaycanlıları hər zaman bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak ediblər”.
Q.Osmanov Azərbaycan dövlətinin hər bir ölkədə güclü, monolit diasporu olmasında maraqlı olduğunu deyib: “Qurultayı təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”.
Daha sonra Ümumrusiya Azərbaycan Konqresinin Murmansk və Ulyanovsk bölmə rəhbərləri Afil Hüseynov və İslam Hüseynov çıxış ediblər. Onlar regionlarında minlərlə azərbaycanlının yaşadığını qeyd ediblər: “Biz istərdik ki, Ümumrusiya Azərbaycan Konqresi və “Azərros” birgə fəaliyyət göstərsin”.
Qurultayda çıxış edən Qalib Ağayev isə təşkilatın bu vəziyyətə düşməsində Ağsaqqallar Şurasının sədri Abbas Abbasovu ittiham edib: “Abbas Abbasov təşkilatı intriqa yuvasına çevirdi. Vəziyyətin bu həddə gəlməsi məhz onun günahıdır”. Q.Ağayev qurultayda bu il martın 6-na qədər fasilə elan edilməsini və Federal Şura üzvləri ilə dialoqun davam etdirilməsini təklif edib: “Biz “Abbas Abbasovun düşərgəsində” olan Federal Şura üzvlərinə təşkilatla bağlı dialoq təklif edirik”.
Qurultaya qurumun istefa vermiş prezidenti Asif Məhərrəmov da qatılıb. Ona “Azərros” üzvləri tərəfindən suallar verilib. Asif Məhərrəmovun qurultayın bu formatda keçirilməsinə etirazını bildirməsi qurultay iştirakçılarının qəzəbinə səbəb olub. Qurultayın gedişində Söyün Sadıqovla Asif Məhərrəmov arasında mübahisə yaşanıb. Daha sonra Asif Məhərrəmov qurultayı tərk edib.
Mandat Komissiyasının sədri Qalib Hüseynov VI qurultayın keçirilməsi üçün yetərsayın olduğunu bildirib. Qurultayın sədri Söyün Sadıqov, katibi isə Nizami Bəşirov seçilib. İştirakçılar bir sıra məsələləri müzakirəyə çıxarıblar. Keçmiş prezident Asif Məhərrəmovun istefası təsdiqlənib. “Azərros”un yeni nizamnaməsi qəbul olunub, Ağsaqqallar Şurası ləğv edilib.
“Azərros” prezidentliyinə namizəd olan Qalib Ağayev, Mehriban Abdullayeva, Yusif Xıdırov və Ziyafər Surxayev namizədliyini geri götürüblər. Qurultaya hazırlıq işlərinin davam etdirilməsi qərara alınıb. Qurultayda 2015-ci il martın 6-na kimi fasilə elan olunub.
Qeyd edək ki, qurultayın gedişatına maneə törətməyə cəhd olunub. Belə ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi tədbirin Moskva Millətlər Evində keçirilməsini elan etsə də, sonradan qurultayın keçiriləcəyi ünvan dəyişdirilib. Moskva Millətlər Evindən “Azərros”un qurultayının keçirilməsinə verilən icazə ləğv olunub.

Previous Post

Abbas Abbasov “Azərros”dan kənarlaşdırıldı – FOTOSESSİYA

Next Post

“Paris və İstanbulda terror törədən qadınlar Türkiyədə eyni oteldə qalıb” – VİDEO

Bənzər yazılar

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

15 Oktyabr 2026 - 22:21

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərini başa çatdırıb və Daşkəndə yola düşüb. Bu barədə Elchi.az prezidentin mətbuat xidmətinə istinadən...

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

15 Oktyabr 2026 - 22:19

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili xarici müdaxilənin və xarici maliyyələşdirmənin tənzimlənməsi üçün suverenlik, şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanan beynəlxalq standartın...

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

15 Oktyabr 2026 - 22:17

Pakistanın Bakıdakı səfirliyi Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə təbrik...

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

15 Oktyabr 2026 - 22:15

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Biznes Qrupunun və Tailandın ən böyük konqlomeratlarından biri olan BTS-in nümayəndə heyəti ilə görüşüb....

Next Post

"Paris və İstanbulda terror törədən qadınlar Türkiyədə eyni oteldə qalıb" - VİDEO

"Paris və İstanbulda terror törədən qadınlar Türkiyədə eyni oteldə qalıb" - VİDEO

Son xəbərlər

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

15 Oktyabr 2026 - 22:21
Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

15 Oktyabr 2026 - 22:19
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

15 Oktyabr 2026 - 22:17
Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

15 Oktyabr 2026 - 22:15
ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

15 Oktyabr 2026 - 21:58
IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

15 Oktyabr 2026 - 19:29
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

15 Oktyabr 2026 - 19:09
Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr 2026 - 18:51
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

15 Oktyabr 2026 - 18:43
COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34
Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

15 Oktyabr 2026 - 18:26
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

15 Oktyabr 2026 - 18:05
Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.