AB Bakı və İrəvanın bu istəyini alqışladı

57

AB Ermənistan və Azərbaycanın sərhəd və təhlükəsizlik məsələlərini dialoq yolu ilə həll etmək istəyini alqışlayır.
Elchi.az xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin Brüsseldə danışıqların yekunlarına dair bəyanatında deyilir.
“AB görüşün keçirildiyi konstruktiv atmosferi, tərəflərin sərhədlə bağlı məsələlər üzərində işi davam etdirmək, eləcə də təhlükəsizlik vəziyyətini yaxşılaşdırmaq istəyini yüksək qiymətləndirir”, – sənəddə deyilir.
Qeyd edək ki, Belçikanın paytaxtında Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mger Qriqoryanın və Şahin Mustafayevin sədrliyi ilə iki ölkənin dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarının üçüncü iclası baş tutub.