AB ölkələri Ukraynaya 1,5 milyard avro məbləğində aylıq maliyyə yardımının göstərilməsini müzakirə edir. Beləliklə, 2023-cü ildə yardımın 18 milyard avro səviyyəsində olacağı gözlənilir.
Elchi.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.
O bildirib ki, Ukraynanın cari büdcə xərclərini, xüsusən də həkimlərin, müəllimlərin və hərbçilərin maaşlarını ödəmək üçün ayda təxminən 3-5 milyard dollara ehtiyacı var.
“Ukraynanın güclü dəstəyə ehtiyacı var. AB bunu üzərinə götürməyə hazırdır və mən AB-nin Ukraynaya hər ay 1,5 milyard dollar dəstək verməsini təmin etmək üçün üzv ölkələrlə işləyirəm. Söhbət 2023-cü ildə 18 milyard dollardan gedir”, – Leyen deyib.
Fidan Əl Nəhyanla Fars körfəzindəki son vəziyyəti müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidanla Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasnda telefon danışığı...






















Son şərhlər