Məşhur müğənni Demet Akalın, qohumunun xərçəng xəstəsi oğluna niyə kömək etmədiyinin səbəbini söylədi.
Elchi.az ensonhaber.com-a istinadən xəbər verir ki, Demet Akalının əmisi oğlu Şehbal Civeleker, canlı yayında müğənni xanımın qohumu olduğunu və onun xərçəng xəstəsi olan oğluna kömək etmədiyini söyləmişdi.
Belə ki, xanım Akalın əmisi oğluna niyə kömək etmədiyini açıqladı: “Mən kimə kömək edəcəyimi yaxşı bilirəm. Evimə gəlib hər şeyimi oğurlayıb gedən adama heç vaxt kömək etmərəm.
Utanmasalar, anadangəlmə kor olan uşağı da, mənim kor etdiyimi söyləyərlər. Bu cür yalanlara necə inanırsınız.
Məni tanıyanlar, yaxşı tanıyır və əsla dəyişmədim.
Natiq Həziquliyev