"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

56 milyonluq korrupsiya haqda şok detallar

16 Mart 2017 - 09:53
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

56 milyonluq korrupsiya haqda

Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı İsveç prokurorluğu bir yox, bir neçə şirkətin fəaliyyətini araşdırır.
Elçi.az  xəbər verir ki, bu haqda işi aparan İsveç prokuroru BBC Azərbaycancaya bildirib. “Araşdırdığımız siqnalizasiya layihəsinə hazırda və keçmişdə aidiyyəti olan bir yox, bir neçə fərqli şirkət var”, – deyən Thomas Forsberg konkret şirkətin adını çəkə bilməyəcəyini bildirib.
Ötən cümə günü İsveç prokurorluğu 2013-cü ildə Azərbaycan dəmir yolunun təchizatı üzrə tenderlə əlaqədar Azərbaycan rəsmilərinə rüşvət verməkdə şübhəli bilinən Kanadanın “Bombardier” şirkətinin əməkdaşını həbs edib. Thomas Forsbergin sözlərinə görə, təyyarə və dəmir yolu avadanlığı istehsal edən “Bombardier”in bir neçə əməkdaşı Azərbaycan rəsmiləri ilə gizli sövdələşmədə şübhəli bilinirlər. 2013-cü ildə “Bombardier Trasportation” şirkəti Avropa ilə Asiyanı bağlayan Bak nəqliyyat layihəsinin siqnalizasiya avadanlığı ilə təchiz edilməsi barədə tenderi qazandıqdan sonra ilk sifarişi qəbul etdiyini elan edib. Thomas Forsberg bildirir ki, üç il əvvəl keçirilən tenderdə daha yüksək qiymət təklif edən başqa şirkətlərin iştirakına rəğmən müqavilə “Bombardier” şirkəti ilə imzalanıb.
“”Bombardier” başqa iştirakçılardan az təklif etsə də, 2013-cü ildəki tenderi qazandı”, o deyib. İsveç prokuroru antikorrupsiya işi ilə bağlı İsveçdə yaşayan Rusiya vətəndaşının həbs olunduğunu və növbəti məhkəmə iclasına kimi onun həbsxanada saxlanılacağını bildirib. Həbs edilən şəxsin vəkili ittihamları rədd edir. Thomas Forsberg Azərbaycan tərəfi ilə istintaq çərçivəsində təmasda olub-olmadığı barədə suala cavab verə bilməyəcəyini deyib. Lakin onun sözlərinə görə, məsələ beynəlxalq miqyaslıdır və antikorrupsiya işi üzrə bütün tərəflər əməkdaşlıq etməlidir. İsveç prokuroru istintaq davam etdiyi üçün əlavə təfərrüatlara varmaq istəmədiyini bildirib. Məsələ ilə bağlı araşdırma aparan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinə əsasən İsveçdə mənzillənən “Bombardier Transportation” AB qrupu Britaniyada qeydiyyatdan keçmiş və yalnız kağız üzərində mövcud olan şirkət vasitəsilə Azərbaycandakı rəsmilərə milyonlarla dollar ödəyib.
Məsələni araşdıran İsveçin TT agentliyi və Uppdrag Granskning TV proqramında bildirilir ki, Azərbaycan dəmir yollarının siqnallaşdırma avadanlığı ilə təchizatına dair müqavilə 340 milyon dollar dəyərindədir. İddia olunur ki, üçüncü tərəf vasitəsilə alınmış dəmir yolu avadanlığı sonradan daha yüksək qiymətə satılıb. İsveç prokurorluğuna əsasən dəlillər ötən ilin oktyabr ayında “Bombardier”in İsveçdəki ofisindən müsadirə edilmiş elektron məktublardan ibarətdir. “Bombardier” şirkətinin sözçüsü əməkdaşının həbs edildiyini təsdiqləyib, lakin əlavə şərh verməkdən imtina edib. “Biz hakimiyyətlə tam əməkdaşlıq edəcəyik”, – Barbara Grimm “Reuters” agentliyinə bildirib. Kanadanın baş naziri Justin Trudeau cümə günü deyib ki, Kanada şirkətindən “ən yüksək etik davranış” standartlarına riayət edilməsini gözləyir.
Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda tenderlərin keçirilmə qaydası bu sahə ilə az-çox tanışlığı olan hər kəsə bəllidir. Hüquqşünasın sözlərinə görə, tenderlərdə adətən elə keçirənlərin özləri qalib olurlar: “Tenderdə əsas məqam təklifin tələbə uyğun olmasıdır. Tutaq ki, mən tələbkar olaraq 3 gün ərzində 10 kiloqram Quba alması almaq istəyirəmsə və ümumi qiymətin 10 manatı aşmamasını arzu edirəmsə, təklif buna uyğun olmalıdır. Quba alması əvəzinə Afrika bananı təklif edənin ərizəsi dərhal çıxdaş olunur. Tələbə uyğun təklif verənlərin təklifləri nəzərdən keçirilir və ən optimalı və əsas məsələ qiyməti daha uyğun olanı qəbul edilir.
Amma məsələ bundadır ki, tenderlər keçirənlərin özləri adətən şirkətlər yaradırlar. Həmin şirkətlər də elan olunan tenderə qatılır. Tenderdə real iş görmək istəyən şirkətin təklifləri sırasından ən uyğunu seçilir, amma həmin təkliflər paketi tenderi keçirənlər öz şirkətlərinə ötürürlər. Vəssalam.
Həmin şirkəti də tender komissiyası qalib elan edir, pulları da götürüb istədiklərini edirlər. Və yaxud da belə də olur ki, hansısa şirkətlə tenderə qədər razılaşma əldə olunur. Bundan sonra tender elan edilir. Tenderə tenderi keçirənlərin özlərinə yaxın şirkətləri və əvvəlcədən qalib elan ediləcəyi bilinən şirkəti buraxırlar. Həmin şirkət və digərləri tenderdə iştirak edirlər və nəticə də əvvəlcədən razılıq əldə olunan şəkildə olur. Yəni qalib tenderdən əvvəl “görüm-baxım”, “hörmət” etmiş şirkət olur. Tenderin adı var, faktiki isə qabaqcadan kimin qalib olacağı bilinir”.
Qeyd edək ki, böyük yeyinti faktlarını üzə çıxaran İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP-dir. Jurnalistlər aşkara çıxarıblar ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən, 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür. Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasən həyata keçirilir.
Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950″ siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas” şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır. İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizm sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb. Həmçinin üzə çıxıb ki, müqavilə üzrə işlərin görülməsi zamanı 56 milyon dollar Azərbaycan məmurlarına ötürülüb.
Previous Post

Yeganə uşaq qəbiristanlığı…

Next Post

Bakıdan qaçırılan qızı polis belə xilas etdi

Bənzər yazılar

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47

Çoxtərəfli əməkdaşlıq formatlarında fəal yer alan Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əlaqələri də qarşılıqlı hörmət və etimada, bərabərhüquqlu tərəfdaşlıq...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb. Elchi.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 18:07

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post

Bakıdan qaçırılan qızı polis belə xilas etdi

Bakıdan qaçırılan qızı polis belə xilas etdi

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.