“Rusiya Avropa Komissiyasının sədri Ursula fon der Leyenin çağırış etdiyi enerji atəşkəsinə razı olmamalıdır”.
Elchi.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalist Pavel Zarubinə verdiyi açıqlamada bildirib.
“Rusiyanın heç kimə heç bir borcu yoxdur. Rusiya öz milli maraqlarını qorumalıdır. Və təbii ki, belə ultimatumlar irəli sürərkən vasitəçi və ya nizamlanma danışıqlarının iştirakçısı roluna iddia etmək çox çətindir”, – deyə o qeyd edib.
Peskovun sözlərinə görə, bu, avropalıların konstruktiv mövqe tutmaq və Ukraynadakı sülh prosesinə hər hansı şəkildə töhfə vermək iqtidarında olub-olmadıqları ilə bağlı Rusiyanın narahatlıqlarını daha da təsdiqləyir.
Daha əvvəl fon der Leyen Rusiyadan enerji infrastrukturu ilə əlaqədar qış atəşkəsinə razılaşmağı tələb etmişdi. O, həmçinin bildirmişdi ki, avropalı nümayəndələrin iştirakı ilə Ukrayna mövzusunda hər hansı danışıqlar başlamazdan əvvəl, Moskva gəmilərin Qara dənizdən təhlükəsiz keçidini təmin etməlidir.
Yeganə





















