Çində yeni avtomobillərin satışı ardıcıl 13-cü aydır ki, azalır və 2026-cı ilin oktyabrında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üçdəbir qədər aşağı düşüb.
Elchi.az xəbər verir ki, bu barədə “Avtostat” analitik agentliyi məlumat yayıb.
“Çin Minik Avtomobilləri Assosiasiyasının (CPCA) topladığı məlumatlara əsasən, 2026-cı ilin oktyabr ayında Çində sedan, miniven və yolsuzluq avtomobilləri də daxil olmaqla minik avtomobillərinin pərakəndə satışı azalmaqda davam edib. Satışlar illik ifadədə 27% azalaraq, ötən ilin eyni ayındakı 2,242 milyon ədədə qarşı 1,643 milyon ədəd təşkil edib”, – deyə məlumatda qeyd olunur.
Bununla yanaşı, Çin həm hazır avtomobillərin, həm də yığım üçün nəzərdə tutulan avtomobil dəstlərinin ixracını fəal şəkildə artırır. Oktyabrda Çin avtomobillərinin və avtomobil dəstlərinin ixrac həcmi əvvəlki illə müqayisədə 68% artaraq 932 min ədədə çatıb.
Məryəm




















