ABŞ-ın vitse-prezidenti J.D.Vens noyabrın 16-da bildirib ki, ABŞ administrasiyası böhran gözləmir, ona görə də vətəndaşların qida ehtiyatı toplamağa və ya sığınacaq tikməsinə ehtiyac yoxdur.
Elchi.az xəbər verir ki, o, bu barədə “Fox News”-a müsahibəsində deyib.
“Biz yaxınlaşan böhranın heç bir əlamətini görmürük. Amma hər şeyə hazır olmalıyıq”,-deyə vitse-prezident qeyd edib.
Vens vurğulayıb ki, hökumət ən pis ssenarinin qarşısını almağa çalışır, eyni zamanda mümkün böhrana hazır olmalıdır. O, ordunun hazırlığını məsuliyyətli hökumətin normal işinin bir hissəsi kimi qiymətləndirib və hazırda gözlənilən böhran əlamətlərinin olmadığını vurğulayıb.
Yeganə





















