İordaniyanın İctimai Təhlükəsizlik İdarəsi ölkə ərazisində “Telegram” messencerinin bloklandığını elan edib.
Elchi.az “Al-Sawsanah” nəşrinə istinadən xəbər verir ki, bu qərar rəqəmsal təhlükəsizliyin gücləndirilməsi və istifadəçilərin internetdəki qanunazidd əməllərdən qorunması tədbirləri çərçivəsində qəbul olunub.
Qurumdan izah edilib ki, məhdudiyyətlər kibercinayətlərin, o cümlədən hədə-qorxu və şantajın, qanunsuz kontentin yayılmasının, eləcə də radikalizm və ekstremizm təbliğatının qarşısının alınmasına yönəlib.
Bundan əlavə, idarə vətəndaşları sosial şəbəkələrdə ehtiyatlı olmağa, naməlum hesablarla əlaqə saxlamamağa və şübhəli keçidlərə daxil olmamağa çağırıb.
Qurum azyaşlıların təhlükəsizliyinə xüsusi diqqət yetirərək valideynləri uşaqların rəqəmsal platformalardan istifadəsinə nəzarət etməyə və onlara mümkün onlayn riskləri izah etməyə səsləyib.
Məryəm





















