Ağ Ev Rusiya, Çin və ABŞ liderləri Vladimir Putin, Si Cinpin və Donald Trampın noyabrın 19-da Şençjendə görüşünün keçirilməsi planlarını təsdiqləyib.
Elchi.az xəbər verir ki, bunu Amerika prezidentinin 15 noyabrda açıqlanan iş qrafiki sübut edir.
Qrafikdən məlum olur ki, üçtərəfli sammit “Kylin Villa” mehmanxana kompleksində baş tutacaq. Danışıqların başlanması Moskva vaxtı ilə saat 09:30-a planlaşdırılıb. Ağ Ev qarşıdakı görüşlə bağlı digər təfərrüatları açıqlamayıb.
Noyabrın 14-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirmişdi ki, noyabrın 19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünün keçirilməsi barədə razılıq əldə olunub. Noyabrın 16-da isə Çin Xarici İşlər Nazirliyi Si Cinpinin noyabrın 19-da Putin və Trampla üçtərəfli görüş keçirəcəyini təsdiqləyib.
Məryəm





















