Monteneqronun Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar 2026-cı ilin sonunadək başa çata bilər. Ölkənin qoşulma sazişinin imzalanmasının 2027-ci ilin iyununda baş tutacağı gözlənilir.
Elchi.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Aİ-nin genişlənmə siyasətinə dair illik məruzəsində qeyd olunub.
Sənəddə vurğulanır: “Aİ-nin Xorvatiya ilə üzvlük danışıqlarını başa vurduğu 2011-ci ildən bəri ilk dəfədir ki, Avropa İttifaqı digər namizəd ölkə – Monteneqro ilə danışıqlar prosesini tezliklə bağlamağa imkan verən mövqedədir”.
Avropa Komissiyası ölkənin əldə etdiyi irəliləyişi həyata keçirilən islahatlar və onun Avropa yolu üzrə irəliləmək istiqamətindəki səyləri ilə əlaqələndirib.
Məryəm





















