Demokratların Senatda çoxluğu əldə etdiyi ABŞ-dakı aralıq seçkilərin qeyri-rəsmi nəticələri ilə bağlı İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bunları bildirib: “Bu, vicdan məsələsidir, yoxsa xərc məsələsi? Amerika xalqı müharibəyə ‘yox’ dedi və biz bu mesajı dəstəkləyirik”.
Elchi.az xəbər verir ki, Qalibaf “X” sosial media platformasındakı paylaşımında ABŞ-dakı aralıq seçkilərin qeyri-rəsmi nəticələrinə münasibət bildirib.
Parlament sədri Qalibaf qeyd edib:
“Əgər ABŞ hökuməti beynəlxalq güc sahiblərinə və şantajçılara xidmət etmək üçün öz xalqının iradəsini görməzdən gəlməyi seçərsə, o zaman anlayacaq ki, İranın ‘yox’ deməsi özü ilə birlikdə bir kabus gətirir.
Bu, vicdan məsələsidir, yoxsa xərc məsələsi? Amerika xalqı müharibəyə ‘yox’ dedi və biz bu mesajı dəstəkləyirik”.
ABŞ-dakı aralıq seçkilərin qeyri-rəsmi nəticələrinə əsasən, Demokratlar Senatda 51 yer qazanaraq çoxluğu təmin ediblər.
Şayəstə





















