Oleşkidəki humanitar əməliyyat bölgəyə yardımın çatdırılmasına və 800-ə yaxın insanın təxliyəsinə imkan yaradıb.
Elchi.az xəbər verir ki, ABŞ-ın birinci xanımı Melaniya Tramp bu barədə X sosial media platformasında missiyanı uğurlu adlandırıb.
O, qeyd edib ki, atəşkəs nəzərdə tutulduğu kimi 2026-cı il oktyabrın 27-dən noyabrın 1-dək qüvvədədir.
“Atəşkəs başa çatıb. Missiya uğurlu alınıb, bölgəyə həyati əhəmiyyət kəsb edən yardımın çatdırılmasını təmin edib və 800-ə yaxın insanın təxliyəsinə şərait yaradıb. Amerika adından Rusiya və Ukraynaya Oleşki atəşkəs razılaşmasında liderlik və əməkdaşlığa görə təşəkkürümü bildirirəm”,-deyə Tramp öz postunda yazıb
Birinci xanım həmçinin ümidvar olduğunu bildirib ki, əldə olunmuş razılaşma iki ölkə arasında davamlı sülhün bərqərar olması üçün əsas olacaq.
Humanitar əməliyyat çərçivəsində Rusiya ordusu oktyabrın 27-də Moskva vaxtı ilə səhər saat 4:00-da Xerson istiqamətində atəşi dayandırıb. Rusiya qoşunları Oleşkiyə gedən yolu minalardan təmizləyib, bundan sonra oktyabrın 30-da şəhərə ərzaq, dərman, gigiyena vasitələri və yanacaq çatdırılıb. İstəyən sakinlər də şəhəri tərk edə biliblər.
Bundan əvvəl Rusiyanın insan haqları üzrə müvəkkili Yana Lantratova hər iki tərəfin atəşkəslə bağlı üzərinə götürdüyü bütün öhdəliklərə əməl etdiyini bildirib.
Yeganə





















