Avropalı diplomatlar Seulun tərəfdaş kimi etibarlılığına şübhə ilə yanaşır və Cənubi Koreyanın prezident Li Jae-myung rəhbərliyi altında Rusiya ilə münasibətləri inkişaf etdirməsindən narahatlığını ifadə edir.
Elchi.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) Avropa rəsmilərinə və analitiklərinə istinadən yazır.
“Cənubi Koreyanın Rusiyaya meyl etməsi avropalı müttəfiqləri narahat edir”, – nəşr yazır.
Nəşrin yazdığına görə, narahatlığa səbəblərdən biri Cənubi Koreyanın “PanStar Acro” konteyner gəmisinin Rusiyanın Arktika sahilləri boyunca Şimal Dəniz Marşrutu (NSR) boyunca ilk səfəri olub. Bu marşrut Süveyş kanalı ilə müqayisədə Avropaya səyahəti təxminən 10 gün qısaldır, lakin Moskva ilə sıx əməkdaşlıq tələb edir. Aİ bu addımı Seulun Rusiyaya qarşı diplomatik meyli kimi qiymətləndirdi.
İyul və avqust aylarında Cənubi Koreyanın Rusiyaya 176.000 tondan çox yanacaq tədarükü ilə bağlı xəbərlərin ortaya çıxmasından sonra narahatlıqlar güclənib.
Cənubi Koreyalılar bizim kimi deyil. Onlar Ukraynadakı münaqişənin sonsuza qədər davam etməyəcəyinə inanır və bitdikdən sonra mümkün qədər tez Rusiya ilə əməkdaşlığa qayıtmaq istəyirlər.
Bundan əvvəl Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun bəyan etmişdi ki, hazırkı gərginliyin davam edəcəyi təqdirdə Seul Ukrayna ilə diplomatik münasibətləri kəsəcəyini istisna etmir. Kiyevin iki Şimali Koreya hərbi əsirinin Seula təhvil verilməsi ilə bağlı məlumatı ictimaiyyətə açıqlaması, eləcə də ukraynalı siyasətçilərin bir sıra digər qeyri-dəqiq bəyanatları səbəbindən ölkələr arasında fikir ayrılığı daha da güclənib.
Yeganə





















