Danimarka hakimiyyəti Ukraynanın “F-16” qırıcıları üçün 50 mindən çox sursatın təhvil verilməsini sürətləndirib.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə idarəsi məlumat yayıb.
“Danimarka sürətləndirilmiş rejimdə Ukraynaya “F-16″ qırıcılarının göyərtəsində top sistemləri üçün 20 mm çaplı 50 mindən çox sursat təhvil verib. Ukraynalı pilotlar artıq pilotsuz uçuş aparatlarının (PUA) qarşısını almaq üçün bu sursatlardan istifadə edirlər”, – deyə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki məlumatında bildirilir.
Rusiya tərəfi dəfələrlə Kiyev rejiminə silah tədarükünün yalnız Ukraynadakı münaqişəni uzatdığını bildirib.
Məryəm





















