"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycanda KSM institutunun inkişafı üçün biznes və QHT-lərin missiyası necə olmalıdır?

20 Oktyabr 2026 - 14:16
in CƏMİYYƏT
FacebookVatsap

QHT-lər və biznes “bölüşülən dəyər”, real əməkdaşlıq mexanizmləri yaratmağa keçid etməlidir

Bunu da oxuyun

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Sabah Masallının bu kəndlərində qaz olmayacaq

Bakı və Abşeronda təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinq keçiriləcək

Müasir qlobal iqtisadi və sosial çağırışlar fonunda biznes sektorunun ictimai məsuliyyəti ənənəvi xeyriyyəçilik anlayışından çıxaraq korporativ dayanıqlılığın, risklərin idarə edilməsinin və strateji inkişafın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Azərbaycanda Korporativ Sosial Məsuliyyət (KSM) institutunun inkişafı  həlledici bir keçid mərhələsindədir. Ölkəmizdə fəaliyyət göstərən şirkətlər artıq dərk etməlidirlər ki, milli KSM təcrübəsi yalnız ənənəvi “passiv xeyriyyəçilik” və birdəfəlik sponsorluq modeli çərçivəsində inkişaf edə bilməz. KSM aləti öz dar, məhdud dairəsini aşmalı, biznesin təməl fəaliyyət strategiyasına inteqrasiya olunmalı və daha geniş miqyasda səmərəli tətbiq edilməlidir.

KSM niyə yalnız şirkətin daxili məsələsi kimi nəzərdən keçirilə bilməz?

Tarixən bir çox şirkətlər sosial məsuliyyətə daxili PR aləti, vergi yoxlamalarından sığortalanma və ya sadəcə rəhbərliyin şəxsi xeyriyyə təşəbbüsü kimi yanaşıb. Lakin müasir Davamlı İnkişaf Məqsədləri (DİM) və ESG (Ekoloji, Sosial və Korporativ İdarəetmə) prinsipləri diktə edir ki, KSM yalnız şirkətlərin daxili korporativ məsələsi kimi nəzərdən keçirilə bilməz. Bir şirkətin cəmiyyətə və ətraf mühitə təsiri onun ofisinin divarlarından çox-çox kənara çıxır. Əgər bir müəssisənin fəaliyyəti ekoloji mühitə, icmaların rifahına, təhsilə və cəmiyyətin ümumi inkişafına toxunursa, onun sosial məsuliyyət strategiyası da məhz bu icmaların nümayəndələri ilə  yəni vətəndaş cəmiyyəti institutları ilə birgə işlənib hazırlanmalıdır.

Azərbaycan korporativ sektoru, şirkətlər və sahibkarlar QHT-lərlə daha geniş, institusional və davamlı əməkdaşlıq etməlidirlər. KSM yalnız bu halda səmərəli ola bilər. Çünki biznes qurumları maliyyə və idarəetmə resurslarına malik olsalar da, sosial problemlərin dərinliyini, icmaların spesifik ehtiyaclarını və onlara optimal yanaşma metodlarını QHT-lər qədər dərindən bilmirlər. Korporativ sektor KSM təşəbbüslərini icra edərkən mütləq şəkildə vətəndaş cəmiyyətinin ekspertizasından faydalanmağı qarşıya məqsəd qoymalıdır. Əks halda, milyonlarla manat büdcəsi olan KSM layihələri sadəcə “hesabat xatirinə” icra edilən, cəmiyyətdə heç bir real iz və dayanıqlı dəyişiklik buraxmayan kosmetik tədbirlərə çevriləcək.

Gözləntilər toqquşur, biznes nə istəyir, QHT nə axtarır?

Tədqiqatlar və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin İB-in Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi (İB) tərəfindən icra olunan “QHT–Biznes tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər” layihəsi çərçivəsində apardığı genişmiqyaslı sorğular göstərir ki, tərəflər arasında kəskin bir “qavrama  uçurumu mövcuddur. QHT-lərin biznesdən gözləntiləri çox vaxt sadəcə maliyyə donorluğu çərçivəsində məhdudlaşır. QHT-lərin 61.2%-i hesab edir ki, biznesin KSM fəaliyyətində yeganə məqsədi PR, reklam və brend nüfuzunun artırılmasıdır. Bu düşüncə tərzi QHT-ləri yanlış istiqamətə yönləndirərək, onları şirkətlərə yalnız “reklam fürsəti” vəd edən səthi layihələrlə müraciət etməyə vadar edir.

Lakin biznesin QHT-lərdən gözləntiləri fərqlidir və daha ciddidir. Şirkətlərin 68%-i üçün KSM tərəfdaşlığında ən mühüm meyar layihənin cəmiyyətdə yaradacağı real, ölçülə bilən xalis sosial təsirdir. Biznes PR-dan çox “bölüşülən dəyər”  axtarışındadır. Şirkətlər QHT-lərdən sadəcə “bizə pul verin, uşaqlara kömək edək” yanaşması deyil, investisiya arqumentlərinə, risklərin idarə edilməsinə və əsas performans göstəricilərinə (KPI) əsaslanan peşəkar layihə təklifləri gözləyirlər. Təəssüf ki, şirkətlərin 28%-i daxil olan müraciətlərin kommersiya və sosial balansı qoruya bilməyərək, sırf “donor və ya qrant istəyi” xarakteri daşıdığını, 52%-i isə bu layihələrin biznes strategiyasına qətiyyən uyğun gəlmədiyini bildirir. Bu rəqəmlər sübut edir ki, əsas maneə tərəflərin bir-birinin dilini anlamamasıdır.

QHT-lər biznesə “bölüşülən dəyər” yaratmağa keçid etməlidir

Bu ziddiyyətləri həll etmək üçün ilk növbədə vətəndaş cəmiyyəti institutları öz yanaşmalarını köklü şəkildə dəyişməlidirlər. QHT-lər KSM-ə yalnız qrant cəlb etmək, təşkilatın maliyyə ehtiyaclarını ödəmək alətlərindən biri kimi baxmamalıdır. KSM, korporativ sektorla birgə ictimai dəyər yaratmaq, sosial problemlərin həllinə innovativ yanaşmalar gətirmək fəaliyyəti kimi nəzərdən keçirilməlidir.

QHT-lər səmərəli KSM layihələri hazırlamaq, şirkətlərlə peşəkar dialoq qurmaq və bu sahədə qlobal çağdaş təcrübəni öyrənmək üçün səriştələrini təcili şəkildə artırmalıdırlar. Tədqiqatlar göstərir ki, QHT-lərin 56.1%-i ESG strategiyalarına uyğun təklif yazmaqda, 30.6%-i isə sosial təsirin ölçülməsi (SROI – Sosial İnvestisiyanın Gəlirliliyi) metodologiyasında ciddi bilik qıtlığı yaşayır. Əgər QHT layihə təklifində görüləcək işləri (output) deyil, nəticə indikatorlarını (outcome/impact) rəqəmsal arqumentlərlə (məsələn, “Sizin yatırdığınız 10,000 AZN cəmiyyətə 40,000 AZN-lik sosial fayda olaraq qayıdacaq”) izah edə bilmirsə, heç bir ciddi şirkət əməkdaşlıq etməyəcək.

QHT-lər müraciətlərini ənənəvi donor şablonları ilə deyil, biznesin korporativ maraqlarını, brend dəyərini, əməkdaşların loyallığını və cəmiyyətdəki risklərin azaldılmasını əks etdirən “investisiya təklifi” formatında hazırlamalıdırlar. Eyni zamanda, layihələrin icrasında tam maliyyə şəffaflığı təmin edilməli, müstəqil audit nəticələri açıq saxlanılmalıdır.

Maneələrin dəf edilməsi və ortak gələcək üçün ictimai vəkillik

Səmərəli əməkdaşlıq üçün ən böyük maneələrdən biri layihələrin dizayn mərhələsində tərəflərin birgə iştirak etməməsidir. Çox vaxt QHT hazır layihə ilə şirkətin qapısını döyür, şirkət isə onu rədd edir. Yaxud şirkət daxildə bir ideya formalaşdırır və QHT-ni sadəcə “icraçı podratçı” kimi işə götürür. Hər iki yanaşma yanlışdır. Həqiqi birgə əməkdaşlıq  yalnız layihələrin birgə hazırlanması  mərhələsində mümkündür. Problemin ehtiyac analizi, hədəf qrupun müəyyənləşdirilməsi və müdaxilə məntiqi QHT ilə şirkətin nümayəndələri tərəfindən ortaq masada razılaşdırılmalıdır.

Dövlətin bu sahədəki rolu isə həm biznesin, həm də QHT-nin dialoq qura biləcəyi infrastrukturu təmin etməkdir. QHT sektoru və biznes dövlətdən şəffaf oyun qaydaları, şirkətləri KSM-ə təşviq edəcək qanunvericilik təşəbbüsləri və birbaşa təmas imkanı yaradan platformalar gözləyir. Cəmiyyətin dayanıqlı tərəqqisi naminə KSM təşəbbüslərinin korporativ divarları aşıb icmalara çatması, QHT-lərin isə bu prosesin hərəkətverici qüvvəsinə çevrilməsi tarixi bir zərurətdir.

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin İB-in Azərbaycan Respublikasının QHT  Agentliyinin dəstəyi ilə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi (İB) tərəfindən icra olunan “QHT–Biznes tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər” layihəsi çərçivəsində hazırladığı Tədqiqat Hesabatı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

https://qht.az/media-sources/qht-1792097032454.pdf

Bu  məqalə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin İB-in Azərbaycan Respublikasının QHT  Agentliyinin dəstəyi ilə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi (İB) tərəfindən icra olunan “QHT–Biznes tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.

Şahin Nəsrullayev

Layihə eksperti

Previous Post

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Next Post

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

Bənzər yazılar

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb....

Sabah Masallının bu kəndlərində qaz olmayacaq

Sabah Masallının bu kəndlərində qaz olmayacaq

29 Oktyabr 2026 - 18:45

Təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 30-da saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Boradigah qəsəbəsinin, Mollaoba, Babaser, Bədəlan kəndlərinin və Türkoba...

Bakı və Abşeronda təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinq keçiriləcək

Bakı və Abşeronda təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinq keçiriləcək

29 Oktyabr 2026 - 16:40

Bakı şəhəri və Abşeron rayonunda təkdırnaqlı heyvanlar arasında noyabrın 16-20-də epizootoloji monitorinq keçiriləcək. Bu barədə Elchi.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən...

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

Yeni qərar bu maşınların qiymətini kəskin ucuzlaşdıracaq

29 Oktyabr 2026 - 15:42

Azərbaycanda 2060-cı ilədək atmosferə atılan karbon emissiyalarının xalis sıfır səviyyəsinə endirilməsi hədəfi müəyyənləşdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq...

Next Post
QHT-lər üçün qrant müsabiqəsi elan edildi

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

BŞİH-də qışa hazırlığa həsr olunmuş müşavirə keçirilib

BŞİH-də qışa hazırlığa həsr olunmuş müşavirə keçirilib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40
“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

29 Oktyabr 2026 - 21:07
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21
IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

29 Oktyabr 2026 - 20:18
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

29 Oktyabr 2026 - 19:49
Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

29 Oktyabr 2026 - 19:29
Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07
“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

29 Oktyabr 2026 - 19:00
Sabah Masallının bu kəndlərində qaz olmayacaq

Sabah Masallının bu kəndlərində qaz olmayacaq

29 Oktyabr 2026 - 18:45
“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

29 Oktyabr 2026 - 18:39
Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

29 Oktyabr 2026 - 18:25
Azərbaycanın xurma ixracından gəliri azalıb

Azərbaycanın xurma ixracından gəliri azalıb

29 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.