ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya və Ukrayna arasındakı sülh danışıqlarında “əhəmiyyətli irəliləyiş” əldə olunduğunu iddia edib. Bununla belə, o, Ukrayna prezidenti Vladimir Zelenskini Rusiyadakı dizel emalı zavodlarını hədəf aldığına görə tənqid edib – bu addımlar qlobal dizel bazarlarına ciddi ziyan vurub – və Zelenskinin müharibəyə son qoymaq istəyinin olmadığını bildirib.
Elchi.az xəbər verir ki, Tramp bu fikirlərini “Truth Social” sosial media platformasında paylaşıb.
Rusiya və Ukrayna arasındakı müharibə ilə bağlı sülh danışıqlarını davam etdirməyə çalışdığını qeyd edən Tramp, Rusiyanı “axmaqcasına” danışıqlar masasından uzaqlaşdıra biləcək hər hansı bir addım atmaq istəmədiyini vurğulayıb.
Danışıqlarda, o cümlədən girovlarla bağlı davam edən müzakirələrdə böyük irəliləyiş əldə olunduğunu iddia edən Tramp, sülh sazişini “istədiyi istənilən vaxt” imzalaya biləcəyini bildirib.
Rusiyanın İrana kömək etmək üçün çox az iş gördüyünü, hətta bəlkə də “heç bir iş görmədiyini” qeyd edən Tramp əlavə edib: “Mən vəziyyətin belə qalmasını istəyirəm və əgər axmaq insanlar işə qarışmasa, bunun belə qalmasını da təmin edəcəyəm”.
Şayəstə





















