"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26
in SİYASƏT
FacebookVatsap

“Son vaxtlar Azərbaycanda orta məktəblərlə bağlı hicab məsələsi gündəmə gəlib. Bununla əlaqədar konkret olaraq bildirmək istəyirəm ki, insanın Allaha sevgisi dini ayinləri yerinə yetirməsi ilə deyil, insanlığa xidmət etməsi ilə müəyyən olunur. İslam Azərbaycanda yaşayan insanların etiqad etdiyi din və mənəvi həyatımızın bir hissəsidir”.

Bunu da oxuyun

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

Bu barədə Redaktor.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHDP) baş katibi Niyaməddin Orduxanlı bildirdi.

O, həmçinin vurğuladı ki, Allah insanların qarşısında dindar olduğunu nümayiş etdirənləri deyil, başqalarına fayda verənləri sevər və mükafatlandırar:

“Dindar olmaq hələ Allah adamı olmaq demək deyil. Biz bəzi Qərb ölkələrində vaxtilə Allahın evi sayılan kilsələrdə inkvizisiya məhkəmələrinin keçirilməsi, dəhşətli işgəncələrin verilməsi barədə çox oxumuşuq. Müasir dövrdə isə bəzi kilsələrdə din xadimləri tərəfindən azyaşlı oğlan uşaqlarının cinsi istismara məruz qalması kimi halların da şahidi oluruq. Bütün bunların din pərdəsi altında baş verməsi barədə çoxlu məlumatlar var.

Qarabağın işğalı zamanı da dini təəssübkeşlik pərdəsi altında ədalətin və haqqın necə tapdalandığını görmüşük. Son 32 il ərzində bir milyon müsəlman azərbaycanlının, Azərbaycan türklərinin öz ev-eşiklərindən didərgin salınmasının, minlərlə evin dağıdılmasının, çoxsaylı insan tələfatının şahidi olmuşuq. Körpələr, qadınlar və günahsız mülki şəxslər qətlə yetirilib. Məscidlərimizin və İslam abidələrimizin dağıdılmasına, vandalizm aktlarına şahidlik etmişik. Bütün bu proseslər zamanı din qardaşlarımızın bizi necə müdafiə etdiyini də görmüşük. Bu hadisələrin ağrılarını və acılarını böyük üzüntü ilə yaşamışıq. İnamsız insanları radikallaşdıraraq dini siyasi məqsədlər üçün istismar edənlər, dindən sui-istifadə edənlər böyük Yaradan qarşısında cavab verəcəklər”.

Niyaməddin Orduxanlı hesab edir ki, məktəblərdə müzakirə edilməli olan əsas məsələlər təhsilin keyfiyyəti və sistemdəki problemlərdir:

“Orta məktəblərdə dördüncü, beşinci və ya digər siniflərdə oxuyan, hələ yetkinlik yaşına çatmamış uşaqların başlarının bağlı olub-olmamasını müzakirə etməkdənsə, daha vacib məsələlərə diqqət yetirməliyik. Yalnız inkişaf etmiş cəmiyyətlərdə ali dəyərlər bərqərar olur, insan hüquq və azadlıqlarının qorunmasına ciddi təminatlar yaradılır”.

Müsahibimiz Türkiyədə Azərbaycanda məktəbli forması ilə bağlı məsələyə münasibət bildirən qüvvələrin mövqeyindən də danışdı.

“Bu gün dünyada mövcud olan 195 ölkə arasında Türkiyəyə Azərbaycan qədər yaxın, dost və qardaş olan ikinci bir ölkə yoxdur. Bu, birmənalı şəkildə belədir. Qardaş Türkiyədə hakimiyyətdə olan AKP-nin funksionerlərinə müraciət edirik. Bu partiyanın tərəfdarları əsasən əyalətlərdə yaşayan dindar təbəqələrdən ibarətdir.

Sizin mətbuat orqanınız vasitəsilə bildirmək istəyirik ki, vahid məktəbli formasının tətbiqi dini etiqad azadlığının məhdudlaşdırılması demək deyil. Azərbaycanda bu məsələni bu şəkildə təqdim etmək düzgün deyil. İnsan hüquq və azadlıqları yalnız dini etiqad azadlığı ilə məhdudlaşmır. Hüquqi dövlət olan Türkiyədə də vətəndaş cəmiyyətinin qurulması və insan hüquqlarının qorunması sahəsində ciddi problemlər mövcuddur. Bu gün qardaş Türkiyədə sadaladığım məsələlər də həmin problemlərin göstəricisidir”.

Baş katib əlavə etdi ki, Azərbaycanla Türkiyə arasında fikir ayrılıqları qarşılıqlı münasibətlərə zərər vurmadan, dialoq yolu ilə həll edilməlidir:

“Azərbaycandakı insan hüquqlarının vəziyyəti Türkiyəni, o cümlədən Ərdoğan iqtidarını indiyədək ciddi şəkildə maraqlandırmayıb. Əgər bu gün hansısa məsələ ilə bağlı Azərbaycan hakimiyyəti ilə fikir ayrılığı yaranıbsa, bu, münasibətlərə zərər vuracaq formada deyil, masa arxasında müzakirə edilərək həll olunmalıdır. İki qardaş dövlət bir araya gələrək bu məsələləri müzakirə etməli və ortaq həll yolu tapmalıdır. Bizim düşmənləri sevindirəcək addımlar atmağa vaxtımız yoxdur. Partiya olaraq məsələyə münasibətimiz belədir. Ədalət, Hüquq, Demokratiya Partiyası hökumətin vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarını birmənalı şəkildə dəstəkləyir”.

Niyaməddin Orduxanlı, eyni zamanda, milli geyim nümunəsi olan kəlağayının vahid məktəbli formasına daxil edilməsi təklifini irəli sürdü:

“Eyni zamanda, qadınlarımızın milli geyim nümunəsi olan kəlağayının vahid məktəbli formasına daxil edilməsi məsələsinin nəzərdən keçirilməsini təklif edirik. Kəlağayı yüz illərdir nənələrimizin, analarımızın və xanımlarımızın istifadə etdiyi milli dəyərimizdir. Bu baxımdan, Nazirlər Kabinetini və hökuməti həmin təklifi nəzərdən keçirməyə çağırırıq. İdarə heyətimizdə də bu məsələ ilə bağlı belə bir müraciət irəli sürülüb”.

Previous Post

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Next Post

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Bənzər yazılar

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24 Oktyabr 2026 - 10:47

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü ilə bağlı paylaşım edib. Nazirliyin “X” hesabında yayımlanan paylaşımda Azərbaycanın çoxtərəfliliyə,...

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

23 Oktyabr 2026 - 19:08

23 oktyabr tarixində Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu “KHORYV” adlı xarici yük gəmisi dron...

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

23 Oktyabr 2026 - 18:26

Aşqabad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Türkmənistandakı Nümayəndəliyində BMT Günü münasibətilə tədbir keçirilib. Bu barədə Elchi.az-a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

23 Oktyabr 2026 - 18:13

Milli Məclisin oktyabrın 27-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. Elchi.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 1. Azərbaycan Respublikasının...

Next Post
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

24 Oktyabr 2026 - 13:19
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

24 Oktyabr 2026 - 12:40
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

24 Oktyabr 2026 - 12:16
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07
Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

24 Oktyabr 2026 - 12:01
Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

24 Oktyabr 2026 - 11:39
Bakıda kütləvi dava zamanı bir nəfər öldürülüb, 9 nəfər saxlanılıb – YENİLƏNİB

Bakıda kütləvi dava zamanı bir nəfər öldürülüb, 9 nəfər saxlanılıb – YENİLƏNİB

24 Oktyabr 2026 - 11:36
Hakan Çalhanoğlunun “İnter”də maaşı azala bilər

Hakan Çalhanoğlunun “İnter”də maaşı azala bilər

24 Oktyabr 2026 - 11:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.