Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası (KƏŞ) oktyabrın 24-də Ər-Riyadda keçirilməsi nəzərdə tutulan Avropa İttifaqı ilə sammiti təxirə salıb.
Elchi.az xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Casim əl-Budaivinin bəyanatında bildirilir.
“Körfəz ölkələri və Avropa İttifaqının sammitini təxirə salmaq qərarı husilərin Səudiyyə Ərəbistanı Krallığına zərbələr endirmək cəhdlərini nəzərə alaraq, iştirakçı nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib”, – deyə sənəddə qeyd olunur.
Bəyanatda bildirildiyi kimi, qərara həmçinin ötən istirahət günləri bir neçə hücuma məruz qalan Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanının fəaliyyətinin uzunmüddətli dayandırılması da təsir edib. Tədbirin yeni tarixi tərəflər arasında əlavə olaraq razılaşdırılacaq.
Məryəm





















